Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda maskalılar yanacaqdoldurma məntəqəsində basqın etdi - ANBAAN VİDEO



Aprelin 16-da gecə saat 02:31 radələrində Əhmədli metrostansiyası yaxınlığındakı "LUKoil” yanacaqdoldurma məntəqəsində soyğunçuluq hadisəsi baş verib.

Movqe.az bildirir ki, üzünə maska taxan iki nəfər şəxs "LUKoil” yanacaqdoldurma məntəqəsinə daxil olublar.

Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa əllərindəki oyuncaq tapança ilə hədə-qorxu gələrək 800 AZN pulu götürərək aradan çıxıblar.

Soğunçular oyuncaq tapancanı yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerə ataraq uzaqlaşıblar. Hal-hazırda faktla bağlı araşdırma aparılır. Soyğunçuların tapılması istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlanıldığı bildirilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений