Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda məktəblərə bir həftəlik tətil verilir?



Xəbər verildiyi kimi, Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumları bir həftə işləməyəcək.

Orada fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları 5 günlük tətilə buraxılacaqlar.

Aprelin 25-dən 30-nə qədər Hökumət Evinə giriş qadağan olunacaq. Artıq dövlət qurumlarının əməkdaşlarına aprelin 25-dən işə gəlməməklə bağlı tapşırıq verilib. Aperlin 30-dan Hökumət Evində iş bərpa ediləcək.

Qeyd edək ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi aprelin 27-dən 29-dək keçiriləcək. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşir. Qran-pri həmin binanın qarşısından start götürəcək.

Qeyd edək ki, həmin ərazidə həm də məktəblər də yerləşir. Elitar Gimnaziya, Türk Anadolu Litseyi, Klassik Gimnaziya, 132 və 134 saylı otra məktəblər qran-prinin keçiriləcəyi zonada yerləşir. 

Bəs bu məktəblədə dərslər təxirə salınacaqmı?

Qeyd edək ki, Formulla 1-in keçrildiyi ötən illər ərzində məktəblərdə dərslər təxirə salınmasa da, qeyri-rəsmi olaraq, valideyinlərə övladlarını məktəbə gətirməmək tövsiyyə olunub.  Bu il də həmin vəziyyət müşahidə olunmaqdadır.

Digər tərəfdən isə ərazilər bağlı olduğundan valideyinlərin öz övladlarını həmin məktəblərə aparması da çətinləşir.

Amma nədənsə rəsmi olaraq həmin ərazidəki məktəblərdə tətil elan olunmur. Dərslərin dayandırılacağı-dayandırılmayacağı ilə bağlı Təhsil Nazirliyinin Mətbuat Xidmətinə  müraciət etsək də,  bu qurumdan sorğumuza cavab verilmədi.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений