Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda mikrorayonda ağaclar öz-özünə aşır - QƏRİBƏ HADİSƏ, YOXSA HAZIRLIQ?



“Ötən ilin aprelindən etibarən Nəsimi rayonu, 4-cü mikrorayon ərazisi, Əli İsgəndər İsgəndərov küçəsində, 10 nömrəli korporativ binanın istirahət zonasında, Nigar Rəfibəyli adına kitabxananın ətarfındakı ərazidə təmizlik işləri və sanitariya adı altında külli miqdarda yaşıllıqlar məhv edilib”. 

Bu sözləri Cebhe.info-ya açıqlamasında, şikayətçi, 81 saylı mənzil-tikinti koorporativinin sədri Asif Məmmədov deyib. 

Şikayətçinin sözlərinə görə, ötən ilin sonundan etibarən isə əraziyə tikinti materialları gətirilib: 

“Bir müddət sonra əraziyə armaturlar, taxtalar gətirilib. Daha sonra bizə məlum olub ki, burada heç bir parksalmadan söhbət getmir. Burada hündürmərtəbəli bina tikmək istəyirlər. Nazirliyə də şikayət etmişik. Bu şikayətlərdən sonra ağacların intensiv qırılması dayandırıldı. Sonradan gördük ki, ağaclar öz-özünə aşır. Buna görə bir də şikayət etdik ki, bu ağaclar niyə aşır. Yəqin ki, onların kökünə nəsə vurulub ki, ağaclar aşır. Torpaqdan nümunə götürülüb. Dekabrın 12-də nümunə götürülsə də, hələlik heç bir cavab verilməyib”. 

Nigar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений