Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda qətliam törədib Suriyada ölən generalla bağlı sənədlər: HARDADIR?



Məlumat verildiyi kimi, Rusiyanın Suriyadakı Hmemymim aviabazası yaxınlığında qəzaya uğrayan An-26 təyyarəsində həlak olan 39 hərbçidən biri, general-mayor Vladimir Yermeyevdir. Onun 1990-cı ilin yanvarında Bakıya yeridilən QRU xüsusi təyinatlı dəstələrinin tərkibində olduğu bildirilir.

General Yermeyev Sverdlovskdakı Suvorov hərbi məktəbinin məzunudur. 2012-ci ildə o, əlahiddə Sevastopol Qırmızı ulduzlu motoatıcı briqadasının komandiri təyin edilib. 

“20 yanvar” İctimai Birliyinin rəhbəri Soltan Əzimov Cebhe.info-ya açıqlamasında hadisəyə “Terorçu ölkənin terrorçusu öldürüldü” - deyə qiymət verib. Bu adın onlarda toplanmış sənədlərdə olub-olmadığına gəldikdə isə bildirib ki, bununla bağlı onlarda konkret fakt yoxdur: 

“Çünki, “20 yanvar”la bağlı sənədlər hadisədən sonra toplanaraq, Respublika Prokurorluğa təhvil verildi, bu barədə Milli Məclisə də məlumat verildi. Həmin sənədlər bizdə qalmadı. Hələ o zaman öz fikrimi demişdim – Yazov, Kruşkov, Bakratin, Qarbaçov, respublikamızdan Ayaz Mütəllibov, Vaqif Hüseynov, Daşdəmirov “20 Yanvar” hadisələrində günahkardılar. Bu gün də həmin fikrimin üstündəyəm”.

“20 Yanvar” hadisələrinin zərərçəkmişi S.Əzilmov 2010-cu ildə toplanmış sənədlərlə, video-materiallarla Haaqa məhkəməsinə, Nobel mükafatı Fonduna müraciət etdiklərini, lakin müraciətlərinin cavabsız qaldığını söylədi.

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений