Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda radiasiyalı ərazidə uşaqlar oynayır - TƏHLÜKƏ 



Səbail rayonunda Su İdmanı Sarayının yaxınlığında salınan parkın ətrafında neftçıxarma qurğuları mövcuddur.

Cebhe.info saytının əməkdaşının müşahidəsinə görə, burada həm sakinlər istirahət edir, həm uşaqlar oynayır, həm də neft çıxarılır.

Qeyd edək ki, mütəxəssislər neft çıxarılan ərazilərdə yüksək radiosiyanın müşahidə olunduğunu və bunun insan orqanizminə ciddi təsir göstərdiyini bildirirlər. Çünki neft tullantıları uzun müddət çürümür, günəş şüalarının təsiri zamanı kimyəvi reaksiyalar baş verir.

Neft çirklənmlərinin yaratdığı radiasiya bir çox xəstəliklərə, xüsusilə nəfəs orqanları, ürək-damar sistemi xəstəliklərinə, həmçinin xərçəngə səbəb olur. Ətraf mühitin neft tullantıları ilə çirklənməsi xüsusilə uşaqların, hamilə qadınların səhhəti üçün təhlükəlidir, uşaqların hətta əlil doğulmasına gətirib çıxarır.

Neftçıxarılması zamanı istifadə olunan materiallar uzun illər özlərində şüalanmanı saxlayır. 

Xatirə 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений