Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda silah alverçisi həbs olundu - Foto



Paytaxtın Nizami rayonunda "Revolver” markalı tapança satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daha bir əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə rayon ərazisində Hikmət adlı şəxsin qanunsuz olaraq odlu silah-sursat satmaq istəməsi barədə məlumat daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, əvvəllər dəfələrlə məhkum olunmuş Babayev Hikmət Vəli oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 3 ədəd patron olan "Revolver” markalı tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hərəkətləri davam etdirilir. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений