Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda söküntü bumu: Pul çatacaqmı?



Bakıda “söküntü bumu” başlanıb. Belə ki, daha 2010 yaşayış və qeyri-yaşayış obyektləri söküləcək. Məqsəd qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Xatırladaq ki, bununla bağlı keçən ilin fevral ayında Nazirlər Kabineti 86 saylı qərar qəbul edib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə  söküntü işləri aparılıb. Hansı ki, o ərazilərdə 4300-ə yaxın sahədə uzun müddət istifadə edilmiş kommunikasiya xətləri yeni tələblərə cavab verməyən və demək olar ki, istifadəyə yararsız hala çatmış yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa uyğun olaraq satın alınaraq sökülüb. 

Nabat Aşurbəyova (keçmiş Mustafa Sübhi), Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev  küçələri arasında 1130, Nəriman Nərimanov prospekti ilə İsmayıl Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasında  880 olmaqla cəmi 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin mövcud olduğu müəyyən edilib ki, onların da sökülməsi nəzərdə tutulub.

Maraqlıdır, tikinti işlərinin aparılmasına Azərbaycanın vəsaiti yetəcəkmi? Ümumiyyətlə, bu işlərin görülüb bitməsinə maliyyə haradan ayrılacaq?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, 2017-ci ilin dövlət büdcəsinin tam yarısı tikinti üçün nəzərdə tutulub: “Toplam büdcənin 55 faizə qədəri, yəni büdcənin yarıdan çoxu tikinti sektoruna yönəlik xərclərdən ibarətdir. Hesab edirəm bir il ərzində tikintiyə bu qədər vəsait ayrılırsa, deməli, söküntü və tikintiyə, yəni bu işlərin görülüb bitməsinə büdcədə pul var. Konkret olaraq tikintiyə 10 milyard manatdan çox vəsait ayrılıb. 2018-ci ildə isə o pulu xərcləmək mümkün deyil. Növbəti illəri Allah yetirsin”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений