Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda su borusu partladı, 10 evi su basdı



Bakıda gecə saatlarında su borusu partlayıb, bir neçə evi su basıb.

"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1 A massivində qeydə alınıb. Nəticədə təqribən, 10 evin həyətyanı sahəsini su basıb.

Sakinlər "Report"a sayta bildiriblər ki, 14 ildir burada yerləşən su borusu mütəmadi olaraq qırılır. Nəticədə yollar keçilməz olur, evləri isə su basır.

Gecə saatlarında ev sahibləri həyətyanı sahələrinin suyunu təmizləyiblər. Borudan gələn suyun qarşısını isə "Azərsu" ASC-nin əməkdaşları alıblar. Sakinlər bildiriblər ki, ASC əməkdaşları üç massivə verilən ana borudakı suyun verilməsini dayandırıblar. İndi evlərə içməli su gəlmir. Bununla bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə və "Azərsu" ASC-yə dəfələrlə müraciət edilib.

Ərazidə yaşayan sakin Əfqan Məmmədov saytın əməkdaşı ilə söhbətində neçə ildir bu problemi yaşadığını deyib: "Azərsu" ASC-nin əməkdaşları gəlib partlayan hissəyə taxta ilə yamaq vurdular. Buna baxmayaraq, su hələ də küçələrə axır. Bizə 14 ildir deyirlər ki, borunu təmir edəcəyik. Burada öz hesabımıza küçənin asfalt qatını düzəltdirmişdik. Lakin su borusuna görə küçələr keçilməz olub. Səhər uşaqları məktəbə aparanda palçığa bataraq gedirik. Su gələndə bir tərəfdən sevinirik, digər tərəfdən qorxu hissi keçiririk. Çünki su veriləndə boru partlayır, su evlərimizə daxil olur".

Massiv sakinlərinin dediyinə görə, partlayış ana boruda baş verir. Bunun əsas səbəbi kimi isə borunun istismara yararsız olması göstərilir.

Sakinlərdən Gülnarə Ağayeva da bu problemdən bir neçə ildir əziyyət çəkdiklərini söyləyib: "Küçəyə Təcili Tibbi Yardım maşınları da girmir. Çünki borudan axan içməli su yolu keçilməz hala salır".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений