Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda tıxacda qalan həkim qışqırır: "Ölən var, yol verin" - VİDEO



Bu saatlarda Bakının Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsində dəhşətli tıxac yaranıb.

Unikal.org xəbər verir ki, hazırda həmin ərazidə olan APA TV-nin əməkdaşı Mahir Məmmədlinin verdiyi məlumata görə, bu tıxacda təcili tibbi yardım maşını heç cür yol tapıb gedə bilmir:

"Axırda həkim özü düşdü, başladı yolu açmağa. Amma bu vəziyyətdə sürücüləri də qınamaq olmur. Tıxacdan tərpənmək mümkün deyil. İstəsək belə həkimə, təcili tibbi yardım avtomobilinə yol verə bilmirik".

M.Məmmədli onu da bildirir ki, həkim çox həyəcanlı halda sürücülərə müraciət edib: "Həkim hamıdan xahiş edir, hətta qışqırır ki, ölən var, yol verin!"

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений