Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda uşağı atasının sevgilisi ölümcül döydü - FOTO



Bakıda uşaq atasının sevgilisi törəfindən ölümcül döyülüb. 

Criminal.az xəbər verir ki, 5 yaşlı Fatih Çimici ağır xəsarət alıb.

Uşağın anası Gülnarə Çimci 6 il əvvəl Türkiyə vətəndaşi ilə rəsmi nigaha daxil olub. Həmin nigahdan Fatih adli bir övladlari dünyaya gəlib. Lakin 2 ildən artıqdır ailədə problemlər meydana gəlib. Buna səbəb uşağın atasının Bakıda kirayədə qalan Yolçuyeva Əfsanə Rövşən qizi ilə qeyri-qəsmi sevgi münasibətlərinin yaranmasıdır.

Uşağın anası Gülnarə Çimici deyir ki, Ə.Yolçuyeva 2 ildən artiqdir onları təhdid edir, tanımadığı şəxslərə mobil nömrələrini verərək xoşagəlməz zənglər etdirir.

''Özü də zəng edir. Deyir ki, həyat yoldaşını əlindən alacam. Özüm ona ərə gedəcəm. Onun buelə əməllərindən dəfələrlə polisə müraciət olunsa da, iş baxilmamış qalıb. 3-4 gün əvvəl Əfsanə adlı hucum edərək, uşağımı qaldıraraq yerə çırpıb. Fatihi dərhal xəstəxanaya apardıq. Başına bir neçə tikiş qoyuldu. Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsində təhqiqat işi başlanlib''.

Məsələ ilə bağlı polis bölməsindən hər-hansı münasibət öyrənmək mümkün olmadı.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений