Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıda yük maşını aşdı - FOTO



Bu gün axşam saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 99-JH-641 dövlət nömrə nişanlı "Mercedes” markalı yük maşınının sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı əyri-xətli dəmir tirlərə çırpıb. Zərbənin təsirindən yük maşını aşıb.

"Yük maşını iri baş mal-qara daşıyırmış. Qəzadan sonra mal-qara ətrafa dağılışıb.

Qəza zamanı yol təsərrüfatına da ziyan dəyib. Yol kənarında olan 64 paqon-metr uzunluğunda əyri-xətli dəmir tirlər və siqnal dirəkləri sıradan çıxıb. Hal-hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır", - deyə məlumatda vurğulanıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений