Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıdakı bu ərazidə tikilən binalar təhlükəlidir: Zəlzələ olarsa... - HƏYƏCAN



Ötən gecə Azərbaycanda Rixter şkalası üzrə 3 baldan aşağı 8 yeraltı təkan qeydə alınıb.

Son günlər qonşu ölkə Türkiyə və İranla yanaşı Azərbaycanda da zəlzələrin baş verməsi hündürmərtəbəli binaların təhlükəsizliyi ilə bağlı bəzi sualları yaradır. 

Maraqlıdır, Azərbaycanda tikilən yeni göydələnlər zəlzələyə davamlıdırmı? Binaların tikilməsi üçün əsas normalar hansılardır?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq şöbə müdiri Cahangir Qocayev Cebhe.info-ya açıqlamasında Azərbaycandakı köhnə və yeni tikililərin vəziyyətini dəyərləndirib. Onun sözlərinə görə, "karkas" binalarda təhlükəsizlik qorunur: 

“Belə binalar daha möhkəm olduğundan zəlzələyə tab gətirir. Köhnə binalar 2000-ci ildə baş verən zəlzələdə sınaqdan çıxıb. Yeni mənzil tikinti koorporativləri də layihələri ekspetiziyadan keçirilir".

C.Qocayevin sözlərinə görə binanın zəlzələyə davamlılığını öyrənmək üçün o müayinədən keçməlidir: 

"Sürüşmə zonalarında tikilən binalar təhlükə mənbəyidir. Bayıl və Zığdakı yeni tikililəri belə zonada yerləşib”.

C.Qocayevin sözlərinə görə binanı tikmək üçün 1500-dən artıq standart var. Bunun üçün ilk növbədə konkret layihə olmalı, geoloji kəşfiyyat işləri aparılmalı, yerin dayanıqlılığı öyrənilməlidir: “Tikintinin zəlzələyə davamlılığını öyrənmək üçün yer yoxlanılmalı, torpaq özü də öyrənilməlidir. Yalnız bundan sonra binanın bünövrəsi qoyulur ki, bu bünövrə də 9 ballıq zəlzələyə davamlı hesabat əsasında tikilir. Ərazinin mühafizəsi ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər görülür ki, sürüşmə, uçqun olmasın. Normalara əməl edilməsi üçün 3 mərhələ olur. Birinci mərhələdə layihə müəllifinin müəllif nəzarəti həyata keçirilir. Daha sonra texniki və dövlət nəzarəti həyata keçirilir”.

C.Qocayevin sözlərinə görə, yarana biləcək hər hansı qəza, arzuolunmaz hala görə məsuliyyətin kim tərəfindən daşınılması baş verəcək hadisəyə görə dəyişilir: 

“Hadisənin hansı səbəbdən baş verməsinə görə məsuliyyət dəyişilir. Kimin harda qolu var, orda da başı var. Kim günahkardırsa, o da cavab verəcək. Bəzən görürsən ki, ekspertizadan imtina edilir”. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений