Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıdakı bu obyektlər satıldı



Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üçün hərrac keçirilib.

Komitədən verilən məlumata görə, hərracda paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 13 min manat olsa da ən son təklif 13 min 450 manatadək yüksəlib. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 50 kv.m-ə yaxındır. Bundan başqa eyni ünvanda yerləşən digər əmlakın, 1 mərtəbəli binanın zirzəmisinin bir hissəsinin də hərracı rəqabətli olub. İlkin start qiyməti 2 min 500 manata olan həmin obyektə ən son 2 min 600 manat təklif edilib.

Hərracda 19 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 3-ü kiçik dövlət müəssisəsi, 13-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə keçirilən hərraclarda 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Sabunçu rayonunda, digərləri isə Gəncə və Qəbələ şəhərlərində yerləşir.

Bakı şəhəri üzrə özəlləşən qeyri-yaşayış sahəsindən 5-i Nərimanov, 5-i Nəsimi, 2-si Səbail rayonunda yerləşir. Region üzrə özəlləşən qeyri-yaşayış sahəsi isə Abşeron rayonundadır.

Bununla yanaşı prosesdə müxtəlif markalı nəqliyyat vasitələri də sahibini tapıb. Özəlləşən avtomobillər 2007-ci il istehsalı olan Fiat Albeo və Fiat Doblo, buraxılış tarixi 2006-cı il olan Nissan Maximadır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений