Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bakıdakı cinsi azlıqlarda HİV virusu aşkarlanmayıb



Azərbaycan Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin rəhbərliyi Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin bəyanatı ilə qəti surətdə razı deyil.

Virtualaz.org xəbər verir ki, mərkəzdən bildiriblər ki, qeyri-ənənəvi oriyentasiyalı şəxslərin immun çatışmazlığı virusuna görə məcburi müayinəsi ilə bağlı polis tərəfindən onlara heç bir müraciət olmayıb.

Polis tərəfindən cinsi azlıq nümayəndələrinin tutulmasının gedişatında onların məcburi müayinədən keçirilməsi və immun çatışmazlığı virusuna yoluxmaları faktının aşkarlanması barədə KİV-də yayılmış məlumatları şərh edərkən QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları izah ediblər ki, qanunvericiliyə görə, insanın immun çatışzazlığı virusuna yoluxması ilə bağlı məcburi analizlərin götürülməsi və müayinə aparılması yalnız virusla yoluxma faktının üzə çıxarılması halında və məhkəmənin qərarı ilə mümkündür.

Polisin bu yaxınlardakı reydinə gəlincə, qeyri-ənənəvi oriyentasiyalı şəxslərin nümayəndələrinin heç biri nəinki QİÇS-lə Mübarizə Mərkəzinə gətirməyib, heç onların qeydiyyatdakı xəstələrin arasında olub-olmamaları belə dəqiqləşdirilməyib.

Bir sözlə, qeyri-ənənəvi oriyentasiyalı həmin şəxslərin heç biri polisin xüsusi təlimatı üzrə insan immun çatışmazlığı virusu ilə bağlı müayinə keçməyib, - deyə Mərkəzdən bildiriblər.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi Ehsan Zahidov da bu deyilənləri təsdiq edib və bildirib ki, saxlanılan cinsi azlıq nümayəndələrinin insan immun çatışmazlığı virusuna görə məcburi tibbi müayinədən keçmələri haqqında polis orqanları tərəfindən KİV-ə heç bir məlumat verilməyib, çünki belə müayinə aparılmayıb.

Saxlanılanlarda guya QİÇS virusunun aşkarlanması barədə KİV-də yayılan xəbərlərə gəlincə, E.Zahidov bundan təəccübləndiyini bildirib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений