Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıdakı turistlər sürücünü döyən yol polisini lentə aldılar: "Bu vəhşiliyi hər kəs görsün" - VİDEO



Yol polisinin əməkdaşları sürücünün üst geyimindən tutaraq zorla maşına mindirməyə çalışsalar da, sürücü onlardan yaxa qurtarmağa çalışıb

DYP əməkdaşları ilə sürücü arasında əlbəyaxa davanın əks olunduğu yeni görüntülər ortaya çıxıb. Avtosfer.az xəbər verir ki, hadisə şahidlərinin azxeber.com-a göndərdiyi video-görüntü Şəmsi Bədəlbəyli küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində lentə alınıb. Görüntülərdə DYP əməkdaşları sürücünü tutaraq ona zor tədbiq edirlər. Yol polisinin əməkdaşları sürücünün üst geyimindən tutaraq zorla maşına mindirməyə çalışsalar da, sürücü onlardan yaxa qurtarmağa çalışıb.

Maraqlı olan bir digər məqam isə görüntüləri lentə alan şəxsin Bakıya gələn xarici turistlərdən biri olmasıdır. Çəkiliş zamanı o "bu vəhşilikdir və bunu hər kəs görməlidir" deyə öz fikrini bildirir.

Həmin görüntüləri təqdim edirik:

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений