Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakını susuz və qazsız qoyan qurumlar: Yayda yatıb, qışda qazırlar



Soyuqlar düşəndən kommunal xidmətlərə cavabdeh olan qurumların yarıtmaz fəaliyyəti daha qabarıq görünür.İki ilə yaxındır ki, əhali qaz və su ilə bağlı konkrek korluq çəkir.Bu azmış kimi vaxtaşırı qazın və ya suyun verilişində məhdudiyyətlər yaranır.Hər gün demək olar ki, “filan ərazidə bu gün qaz olmayacaq”, “Bakının bu rayonunda içməli su olmayacaq” kimi xəbərlər alırıq.Rəsmi qurumların əsaslandırmaları isə həmişəki kimi bəsit və məntiqsizdir.İstənilən bir ərazidə qazla bağlı qəflətən yaranmış nasazlıqların baş verməsi anlaşılandır.

Amma elə məsələlər var ki, onları vaxtında, yəni mavi qaza ehtiyacın çox olmadığı bir zamanda həll etmək mümkündür.Bunu dəfələrlə hər sahəyə cavabdeh olan qurumların özləri də bildiriblər.Məsələn, “Azəriqaz” İstehsalat Birliyi də yay ayları boyu qışa hazırlığı bitirdiklərini bəyan etsələr də, hər gün edilən şikayətlər başqa mənzərə yaradır.Soyuqlar düşən kimi qurumun “filan xəttdə nasazlıqlarını aradan qaldırır” tipli açıqlamaları başlayır.Bəs yayda görülən işlər nə idi?Yayın işi qışa niyə saxlanıb?

Su və istiliyin verilməsinə gəlincə, həmin xidmətlərdə də mənzərə fərqli deyil.Maraqlısı isə budur ki, hər gün müxtəlif ərazilərdə növbə ilə qazın verilişində məhdudiyyətlər qoyulur və aidiyyatı qurumun açıqlamasına görə təmir işləri aparılır.Açıq desək, əhali artıq “qazın verilişi təmirə görə kəsilib” açıqlamalarından yorulub. Vətəndaşların qazla bağlı şikayətləri üçün yaradılan “Qaynar Xətt”in isə sadəcə adı var. Fəaliyyəti yoxdur və ya yox kimidir... Qurumun “Qaynar Xətti”nə günlərlə, hətta həftələrlə düşmək mümkün olmur.Təsadüfən abonentin zənginə cavab verən “Qaynar Xətt” operatoru şikayətləri və ünvanı qeydə alsa da, yazılanlar elə kağız üzərində qalır.

Gələk “Azəristiliktəchizat”a... Bu qurumun fəaliyyətindəki pərakəndəlik anlaşılan deyil.Bəzi ərazilər var ki, ora hələ də istilik verilmir.Bu günlərdə millət vəkili Fuad Muradov da sözügedən qurumun fəalliyyətindən narazılıq edib.Konkret olaraq bildirib ki, məhz “Azəristiliktəchizat”ın “Azəriqaz”a borcu olduğu üçün əhalinin istiliklə təminatda çətinlik yaranır.Onun sözlərinə görə, hər ikisi dövlət qurumu olsa da, “Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir.Bu strateji müəssisə deyil ki, özəlləşdirilməsi mümkün olmasın”.Sanki bu qurum özəlləşdirilsə, əhaliyə xidmətində müsbətə doğru irəliləyiş baş verəcək.

Əhaliyə verilən su ilə bağlı da porblemlər var. Tez-tez Bakının bəzi qəsəbələrində, hətta paytaxtın mərkəzində də su problemi yaşanır.İçməli suyun verilməsində fasilələrin artması son vaxtlar əhalini narahat edən məsələlərdəndir.

Elektrik enerjisinin verilişində daha çox problemlərlə qarşılaşan şimal-qərb bölgəsinin sakinləridir.Onların bildirdiyinə görə soyuq, küləkli və yağışlı havalarda işığın verilişində fasilələr artır ki, bu da digər xidmətlərlə əlaqəli olduğundan vəziyyət gərginləşir.Belə ki, bəzi evlərdə istiliyin təminatı elektrik enerjisiz mümkün deyil.Bu səbəbdən elektrik enerjisinin verilişindəki uzun fasilələr evin istiliklə təminatında da çətinliklər yaradır.Baxmayaraq ki, Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bu qışda işığın verilməsində ciddi problemlərin yaranmayacağını bildirib.Ümumiyyətlə, əksəriyyət kommunal xidmət göstərən qurumların fəaliyyətindən narazıdır.Bununla bağlı nə qədər yazsaq, desək də vəziyyət dəyişmir.Ümid edirik ki, aidiyyatı qurumlar hərəkətə gələcək və bu istiqamətdə üzərlərinə düşən vəzifələri yerinə yetirəcəklər.

Alçina Amilqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений