Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakının mərkəzində 17 yaşlı oğlan bankı yarmaq istədi, tutuldu



Bakıda bankdan oğurluğa cəhd etmiş gənc oğlan tutulub.

Lent.az xəbər verir ki, mayın 19-da gecə saat 01:22 radələrində “Kapital Bank” ASC-nin Nəsimi rayon Asif Məhərrəmov küçəsində yerləşən “Binəqədi” filialından polisə həyəcan siqnalı daxil olub.

Polis əməkdaşları dərhal ərazini nəzarətə götürüb və məlum olub ki, naməlum şəxs bankın şüşə konstruksiyalı əsas giriş qapısını sındıraraq içəri daxil olmaq istəyir. Keçirilən əməliyyatla banka soxulmağa çalışan paytaxt sakini, 2001-ci il təvəllüdlü Zeynalov Əhməd Əhəd oğlu tutulub.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений