Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakının məxfi baş planı: “Şəhəri xarici təcavüzdən qorumaq üçündür”



Bakının Baş Planı tam təsdiqlənib və layihənin hazır olduğu bildirilir. Ancaq “Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi” ictimai müzakirəyə təqdim edilməyib. Məlumata görə, aidiyyatı dövlət orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin layihəyə dair təklif və tövsiyələri, eləcə də müvafiq düzəlişləri başa çatıb. Layihənin tamamlanması üzrə işlər də yekunlaşıb. Amma layihə dərc olunmayıb. Maraqlıdır, Bakının Baş Planı ictimaiyyətə niyə təqdim olunmur? 

Memar Zenfira Budaqova Cebhe.info-ya açıqlamasında deyib ki, Bakının Baş Planının tam hazır olması inandırıcı deyil: 

“İnanmıram, çünki hazır olsa, mənim də xəbərim olardı. Ətrafımdakı insanlardan bu layihədə işləyənlər var. Ola bilər ki, üstündə işləyirlər, müəyyən işlər aparılır”. 

Memar onu da əlavə edib ki, əslində bütün şəhərlərin baş planı məxfi olur, gizli saxlanılır: “Onları ictimaiyyətə açıqlamaq olmaz. Düzdür, üstüörtülü də olsa müəyyən detallar açıqlana bilər. Bu, şəhəri xarici təcavüz qüvvələrindən qorumaq üçündür. Çünki şəhərin girişi-çıxışı, qorunması da layihənin içində əks olunur. Hətta metronun olduğu nöqtələrə qədər açıqlamaq olmaz ”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений