Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakıya qənim kəsilmiş “kiçik padşahlar”



Onlar üçün müqəddəs dəyər yoxdur

Azərbaycanda kadr islahatlarının həyata keçirilməsinə ciddi maneələr var. Uzun illər vəzifədə olanların işdən azad edilməsi praktikası bizdə mövcud deyil.Sadəcə olaraq müəyyən vaxtlarda vəzifəli şəxslərin yerdəyişmə prosesi baş verir ki, nəticə etibarilə bu da bir işə yaramır.Söhbət paytaxt rayonlarının İcra Hakimiyyəti başçılarının səriştəsizliyi, yarıtmazlığı və yaratdığı korrupsiya əməllərindən gedir.Konkret olaraq əhalinin qənimi və kabusuna çevrilən icra başçıları yarıtmaz fəaliyyətləri ilə ölkədə “göz oxşamaq”la məşğuldurlar.

Zaman-zaman gördükləri işlər barədə hökumətə yalançı hesabatlar təqdim edən “kiçik padşahlar” sanki dağı-dağ üstünə qoyduqlarından qürrələnirlər. Əlbəttə ki, qürrələnməyə də haqları var... Çünki onları bu ölkədə qürrələndirən əsaslar var. Bu gün bu “kiçik padşah”ların qəbuluna düşmək ABŞ prezidenti Donald Trampın qəbuluna düşməkdən daha çətindir.İllərlə qapılarını döyən vətəndaşlara arxa çevirən icra başçılarının əsl məramı, məqsədi də bəlli deyil.Hərçənd ki, rayon İcra Hakimiyyəti başçıları postlarına yiyələnməmişdən əvvəl vəzifələrinin nə olduğunu gözəl anlayırdılar.Kürsülərinə bərkiyəndən sonra isə cavabdeh olduqları ərazi və əhalinin qayğılarına laqeyd olurlar.Faciə odur ki, icra başçıları barədə şəffaf araşdırma aparılsa, nələrin ortaya çıxacağını belə düşünmək çətindir. Maraqlısı isə odur ki, vəzifə səlahiyyətlərini aşan icra başçılarına ”güldən ağır söz” deyən yoxdur. Məsələ burasındadır ki, bu sözü deməyə də əsas tapılmır.Çünki öz paxırlarını örtməkdə də mahirdirlər.Bundan əziyyət çəkən isə kasıb təbəqədən olan vətəndaşlardır.Özlərinə sərfedən formada məsələlərə müdaxilə edən icra başçıları qurumlarına edilən müraciətlər əsasında əməli və uğurlu nəticələrə heç zaman imza atmırlar.Belə olan təqdirdə rayonunun və əhalisinin qayğısına yaramayan icra hakimiyyətlərinin fəaliyyət göstərib, dövlət büdcəsini talamalarına niyə yol verilməlidir ki?Bu qədərmi çətindir, onların fəaliyyətsizliyini ortaya qoymaq?Hər halda bu suallar illərdir ki, cavabsız qalıb. Əslində bilərəkdən cavabsız qoyulub... 

Bəli, bu gün “kiçik padşahlar” ölkə boyu at oynadırlar.Qılıncları sağa-sola kəsir.Paytaxt rayonlarını idarə edən “kiçik padşahlar” varlanmaq üçün hər yola baş vururlar.Onlar üçün müqəddəs heç nə yoxdur. Yaşııllıqları qırıb iş adamlarına “obyekt yeri” satan bu adamlar hətta millətin minillərlə yaratdığı tarixi-mədəni irsə belə qənim kəsiliblər. Bu məmular sabah hər hansı tarixi abidəni belə söküb yerini iş adamalrına sata bilərlər. Ayrı-ayrı rayon İcra Hakimiyyəti başçılarının özbaşına hərəkətləri, arxalandıqları dayaqları sakinləri boğaza yığıb.İstər vətəndaşların, istərsə də sahibkarların qorxulu yuxularına çevrilən icra başçıları özlərini hətta güc strukturlarından da yüksəkdə tuturlar.Dəfələrlə bir çox rayon icra başçıları ilə bağlı narazılıq dolu, qalmaqallı məlumatlar yayılır.İnsafən deyək ki, onlar da barələrində hər hansı neqativ xəbərin yayılmamasına və xoşagəlməz hadisənin baş verməməsinə çalışırlar.Amma necə çalışırlarsa, artıq bu həssaslıqlarını da qoruya bilmirlər.Konkret ad çəkmək istəmirəm.Çünki fəaliyyətində neqativlik müşahidə edilən icra başçıları ilə bağlı siyahını uzatmaq mümkündür.Təəssüf ki, bu “qara” siyahıda onların yalnız öz həyat yollarında qazandığı nailiyyətlər yer alıb. O da məlum olub ki, icra başçıları illərlə əllərində olan imkanlardan yararlanaraq və əlaqələrini işə salaraq gəlirlərini nəzərəçarpacaq dərəcədə artırmağa müvəffəq olublar. Başçılar nəinki özlərinin, qohumlarının, yaxın və tanışlarının da həyat səviyyələrini dəyişiblər. Xarici ölkələrdə əlavə biznes fəaliyyəti, villa və mülklər toplayan icra başçıları ən azı 10 il gələcəyə doğru yaşam qurublar. Doğrusu, bu ölkə üçün təhlükəli məqam hesab olunsa da, onların ailə və yaxınları üçün başucalığıdır. Ümid edirik ki, əhalini geridönməyən problemlərə boğan və bürüyən “kiçik padşahlar”ın hakimiyyətinə son qoyulacaq. 

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений