Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Balığın qiyməti arta bilər?



Artıq balıq mövsümü başlayıb. Ətin qiymətinin getdikcə daha da artması, ət məhsulları sırasında balığa olan marağı artırıb. 

Maraqlıdır, ətin qiymətinin yüksək olması balığa tələbatı artırmaqla qiymət artımına səbəb ola biləcəkmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanı balıq, dəniz məhsulları ilə zəngin ölkə hesab etmək olmaz.

Ölkəmizdə balığın qiyməti digər ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir: 

“Bazara çıxarılacaq məhsulların qiyməti aşağı olacaqsa, bu ətə olan tələbatı az da olsa, azalada biləcək. Ət məhsuallarına tələbatın azalması gələcəkdə ətin qiymətinin dəyişməsinə səbəb ola bilər”. 

İqtisadçı bildirir ki, balıq məhsullarının qiyməti yüksək olacaqsa, ət bazarında ciddi dəyişiklik olmayacaq: 

“Bolluq olacaqsa, əhalinin bir qismi ətə olan tələbatını balıqla ödəyəcəksə, bu zaman ətin qiymətinə az da olsa, təsir edəcək. Bir kiloqram balığın qiyməti ətlə eyni olacaqsa, bu zaman alıcılar elə ikinciyə üstünlük verəcək. Əksinə, balığın qiyməti aşağı olacaqsa, bu zaman ona tələbat daha yüksək olacaq”.

N.Cəfərli bildirir ki, ətin qiymətinin yüksək olması tələblə əlaqədar bir məsələ deyil: 

“Yemin qiymətinin artması, örüş sahələrinin azalması ətin qiymətinə təsir edir. Dekabrdan etibarən ətin qiymətində artımlar gözləniləndir”. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений