Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bank olmayan kredit təşkilatı əmanət götürə bilərmi?



Bank olmayan kredit təşkilatlarının qanunvericiliklə əmanət götürmək hüquqları yoxdur. 

Hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bu haqda danışaraq, qanunvericilikdə bu məsələnin necə əks olunmasına toxunub: 

“Bank olmayan kredit təşkilatları yalnız kredit ala və kredit verə bilər. Lakin heç kəsdən əmanət qəbul edə, bank hesabı aça, köçürmə əməliyyatı apara bilməz. Bu məsələ həm banklar, həm də bank olmayan kredit təşkilatları haqda hazırlanmış müvafiq qanunvercilikdə əksini tapıb”. 

Bank olmayan kredit təşkilatı “Parabank”la əlaqə saxladıq. Bildirildi ki, banka yalnız istiqrazlar vermək mümkündür: 

“İllik faiz dərəcəsi təxminən 14-15 olur. Hələlik ki dolların uçot dərəcəsi müəyyənləşməyib deyə, bu tam dəqiq deyil”. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений