Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Banklar 24 saatlıq rejimdə işləyir 



Bu ayın sonlarına qədər bəzi bank və bank filalları gücləndirilmiş iş rejimində işləyirlər. Maliyyə Bazarlarına Nəzarət Palatasının Mətbuat Xidmətindən Cebhe.info-ya verilən məlumata görə, bu Bakıda keçrilən Bakı Ticarət Festivalı (“Baku Shopping Festival”) ilə bağlıdır. 

Palatanın tövsiyəsi ilə gücləndirilmiş iş rejimində 23 bankın 48-dən çox filial və şöbəsi fəaliyyət göstərir. 

Gücləndirilmiş iş rejiminı keçilməsində məqsəd may ayının 31-dək davam edəcək festival müddətində vətəndaşların və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz istifadə etməsidir. 

Bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla xidmət göstərir.

Eyni zamanda, festival ilə əlaqədar müəyyən olunmuş 10 müvəkkil bankın müvafiq filial və şöbələri vasitəsilə müştərilərə nağd və nağdsız qaydada əlavə dəyər vergisinin geri ödənişi həyata keçirilir.

Qeyd edək ki, festival çərçivəsində bankların fəaliyyətinə aid yarana biləcək hər hansı sualla bağlı ölkə vətəndaşları və turistlər Palataya müraciət edə bilərlər.

Xatirə 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений