Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bankların yeni kredit oyunu: DİQQƏTLİ OLUN



Manatın kəskin ucuzlaşmasından sonra bank sistemində baş verən problemlər əsasən özünü maliyyə-kredit sahəsində göstərdi.Problemli kreditlərin həcminin sürətlə artması bankları vəsait çatışmazlığı ilə üz-üzə qoydu. Bunun fonunda bir il ərzində ölkədə 11 bank bağlandı. Qeyd edək ki, bağlanan banklar arasında böyük struktura malik qurumlar da var idi.Rəsmi rəqəmlərə görə hal-hazırda problemli kreditlərin həcmi 1.9 milyardı ötüb.Ancaq ekspertlər hesab edir ki, bu yalnız ödəniş ehtimalı olan və ya müəyyən dərəcədə ödənişlər olunan kredit portfelinə aid kreditlərə aiddir.Bununla yanaşı ümumiyyətlə, ödəniş edilməyən kreditlərin həcmi daha çoxdur.

Ümumilikdə isə problemli kreditlər ümumi kredit portfelinin 50 faizini əhatə edir.Bu problemin həlli istiqamətində banklar müəyyən addımlar atsa da bu elə də ciddi effekt vermədi.Məlumdur ki, problemlər əsasən xarici valyuta, xüsusilə də dollar kreditlərində yaşanır.Kredit problemləri artıq 2 ildir ki, bank-vətəndaş qarşıdurmasına səbəb olub və banklar problemin həllini məhkəmələrdə axtarır.Maraqlı məqam ondan ibarətdir ki, banklar özlərinin xeyrinə verilən məhkəmə qərarlarından razı deyil.Ən azında ilkin görüntü bunu deməyə əsas verir.

Bu günlərdə redaksiyamıza “Unibank” ASC-dən maraqlı məlumat daxil olub.Məlumat verən şəxs bildirir ki, “Unibank” dollar krediti üzrə vətəndaşı məhkəməyə verib və məhkəmə borcun vətəndaşın təqaüd kartından tutulması haqqında qərar verib.Ancaq görünən odur ki, məhkəmənin bu qərarı “Unibank”ı qane etməyib və yenidən fərqli üsullarla bu problemi həll etməyə çalışır.Belə ki, bankın əməkdaşı vətəndaşa zəng edərək problemlə üzləşən kreditin həcmində yeni kredit xəttinin açılmasını təklif edir.Bankdan bildirilib ki, bu kredit problemli kreditin ödənişi üçün sərf olunacaq və bununla da məhkəmə qərarı icra olunmuş olacaq.Ancaq yeni açılan kredit xətti 18 faizlə təklif olunur.Maraqlıdır, bank niyə məhkəmənin verdiyi qərarı icra edib, vətəndaşın təqaüd kartından vəsaitin tutulmasını həyata keçirmir?

Əslində bu məsələdə bir sıra qaranlıq məqamlar var. Məlumdur ki, məhkəmə qərarından sonra bankın kreditə tətbiq etdiyi “dəbbə” pulları ləğv olunur və faiz artımına qadağa qoyulur. Bank təqaüd kartından yalnız əsas borc üzrə göstərilən məbləği tuta bilər.Ancaq bunu birbaşa deyil, təqaüd məbləğinin maksimum 50 faiz civarında bu prosesi həyata keçirmək hüququna malikdir.Təbii ki, bu məsələdə icra məmuru birbaşa iştirakçı olur.Bank isə buna getməmək üçün əlavə vəsait əldə etmək məqsədilə məhkəmə qərarlarını yeni kredit xətti açmaqla vaxtından əvvəl icra etmək niyyətindədir.Bu da birbaşa olaraq vətəndaş üçün əlavə xərclərin yaranması anlamına gəlir.

İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bunun yanlış addım olduğunu deyib:

“Vətəndaşlar heç bir halda buna getməməlidir. Bu vətəndaşların xərclərini artıracaq.Bankın birbaşa borcudur ki, məhkəmənin qərarını olduğu şəkildə icra etsin”.

Bank məsələləri üzrə ekspert, hüquqşunas Əkrəm Həsənov da eyni fikirdədir.Ə.Həsənov da hesab edir ki, bu təklif vətəndaşların əleyhinə işləyən amildir.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений