Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Banklarla bağlı məhkəmə qərarlarının icrası sürətləndiriləcək



Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsi arasında görüş keçirilib. Bu barədə Cebhe.info-ya ABA-dan bildirilib.
 
Görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi – Azərbaycan Respublikasının Baş icra məmuru Nurəddin Mustafayev, baş idarənin digər rəhbər şəxsləri, həmçinin Bakı şəhərinin inzibati rayonlarının, respublikanın digər böyük şəhərlərinin icra qurumlarının rəhbərləri, habelə ABA-ya üzv bankların səlahiyyətli nümayəndələri iştirak edib.
 
Görüşü giriş sözü ilə açan Zakir Nuriyev Ədliyyə Nazirliyi ilə ABA arasında qurulmuş effektiv, işgüzar əlaqələr, sıx konstruktiv dialoqlardan  danışıb, nazirliklə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Həmçinin, məhkəmə qətnamələrinin icrası zamanı qarşıya çıxan çətinliklərin daha tez və effektiv formada aradan qaldırılması üçün qabaqcıl təcrübələrin qarşılıqlı tətbiqinin araşdırılmasından söz açıb.
 
Baş icra məmuru Nurəddin Mustafayev məhkəmə qərarlarının icrası sahəsində hazırki vəziyyət və yeniliklər barədə məlumat verib, bu sahədə mövcud problemlər və onun həlli yolları, məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə fəaliyyətin gücləndirilməsinə dair fikirlərini bildirib, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı görülmüş işlər barədə danışıb.
 
Daha sonra görüş konkret məsələlər ətrafında müzakirələr formasında davam edib. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений