Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Baş bankirin qurumu kimlərin marağını qoruyur?



Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəaliyyət sferası çox geniş görünür. Ancaq məlumdur ki, bu qurum ictimai birlikdir və müstəqil olaraq bankların birləşməsindən yaranıb. Qurumun Rəyasət Heyətində 11 bank rəhbəri təmsil olunur. 

Maraqlıdır, ABA-nın fəaliyyət sferası nədən ibarətdir və haradan maliyyələşir? 

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə şərhində bir sıra maraqlı məqamlara toxunub. Ə.Həsənovun sözlərinə görə, ABA-nın heç bir qərarının hüququ qüvvəsi yoxdur:

“Azərbaycan Banklar Assosiasiyası (ABA) İctimai Birlikdir. Bankların birliyidir. Necə ki, jurnalistlərin, digər təşkilatların birlikləri var, banklar da özləri üçün bu birliyi yaradıblar. Onların sırasında iki dövlət bankı, Beynəlxalq Bank və Azər-Türk Bank var. Qalan 29 bank özəldir. Sadəcə, banklar bu qurumda birləşiblər və öz problemlərini həll edirlər. Onu da demək lazımdır ki, banklar bir-birilərinə rəqibdirlər. Deməli, onlar ancaq o, məsələdə birləşirlər ki, onların hər birinin marağı var. Məsələn, banklar qanunvericiliyə dəyişiklik layihələri hazırlayırlar, borclu vətəndaşlardan əmlaklarını daha tez almağın yollarını müzakirə edirlər. Yəni, bankların maraqları üst-üstə düşəndə biləşir və təbii ki, Azərbaycan Banklar Assosiasiyası vasitəsilə hərəkət edirlər. Amma təbii ki, bu dövlət qurumu olmadığı üçün onların qərarlarının heç bir hüquqi qüvvəsi yoxdur. Azərbaycan Banklar Assosiasiyası yalnız bankların özləri üçündür və yalnız öz maraqlarını qoruyurlar”.
Qurumun maliyyə mənbəyinə gəlincə isə ekspert vurğulayıb ki, Azərbaycan Banklar Assosiasiyasının maliyyə mənbəyi həmin qurumda təmsil olunan bankların ödədiyi üzvlük haqlarıdır: “Banklar Assosiasiyasının prinsipcə heç banklar arasında da nüfuzu yüksək olmayıb. Çünki öz aralarında rəqabət olub və Banklar Assosiasiyası həmişə bir qayda olaraq Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun nəzarəti altında olub. Yalnız bir bank, Azərbaycan Beynəlxalq Bankı heç vaxt Assosiasiyanı saymayıb. Çünki bankın keçmiş rəhbəri Cahangir Hacıyevin Elman Rüstəmovla münasibətləri yaxşı olmayıb”. 

Əkrəm Həsənov əlavə edib ki, son zamanlar Banklar Assosiasiyası nisbətən güclənməyə başlayıb: 

“Bunun səbəbi isə son zamanlar Assosiasiyaya nisbətən savadlı və hörmətli şəxs rəhbərlik edir. Zakir Nuriyev çalışır ki, bankların maraqlarını bir araya gətirsin. Əslində bankların maraqları nöqteyi-nəzərindən belə də olmalıdır. Amma sadəcə olaraq bu maraqların insanlara necə təsir edəcəyi tamamilə başqa məsələdir. Hər bir halda Banklar Assosiasiyasının hazırladığı layihə dövlət qurumları tərəfindən qəbul edilədə də bilər, edilməyə də. Eynilə vətəndaşlar da birləşib hansısa təkliflər verə bilərlər. Banklar Assosiasiyasının son layihəsi Bank Ombudsmanıdır ki, guya vətəndaşların hüquqlarının qorunması üçün yaradılırdı. Amma təbii ki, bu mümkün deyil. Çünki Bank Ombudsmanı Assosiasiyasının tərkibində fəaliyyət göstərir və maliyyəsini ordan, dolayısı ilə banklardan alır. Yəni, onların da məqsədi bankların marağını qorumalıdır. Yenə də deyirəm bankların birləşib yaratdığı təşkilat təbii ki, bankların maraqlarını qorumalıdır. Amma bu qurumun verdiyi qərarların heç bir hüquqi əsası yoxdur”.

Vilayət Muxtar








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений