Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Baş nazirin gözü qarşısında intihara cəhd - İRƏVANDA



Ermənistan paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın iqamətgahı yaxınlığında intihara cəhd olub. Belə ki, orta yaşlı şəxs baş nazirin Baqramyan 26 ünvanında yerləşən iqamətgahına yaxın əraziyə gələrək özünü öldürmək istəyib.

O, üzərinə benzin töküb və yandıracağını bildirib. Hadisə yerinə gələn polis əməkdaşları onu fikrindən daşındırmağa çalışıblar.
Məlum olub ki, o, 37 yaşlı irəvan sakinidir və mənzil problemi var.

Hadisə baş verən zaman baş nazirin iqamətgahda olduğu deyilir. Şəxs də intiharını məhz baş nazirin iqamətgahda olduğu zamana planlayıb.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений