Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Baş redaktor "söyüş makinası"na qoşulanlara: “Bu YALINCIQları çoxdan tanıyırıq...”



Bir qrup adam var ki, “söyüş makinası”na çevrilib cəmiyyəti deqradasiyaya sürükləmək istəyir. Vətənpərvərlik pərdəsinə bürünməklə insanları aldatmağa davam edirlər. 25 ildir onların bu əməllərini görürük, deyirik, yazırıq. Ətraflarında qalan o azsaylı adamlarını qorxutmaqla, şantajla “mən deyəni deməlisən” prinsipilə özlərindən asılı vəziyyətə salıblar. Əslində, onlara da adamın rəhmi gəlir. O adamları manqurtlaşdırıblar. Öz iradələri yoxdur, diktəni yerinə yetirirlər. Söyüşə, yalana, böhtana vərdiş etdiriblər. Kimdən xoşları gəlmirsə, kim onlar deyəni demirsə, onlar kimi düşünmürsə, bu manqurtlaşmış dəstənin hücumunu təşkil edirlər”.  

Bunu Cebhe.info-ya açıqlamasında “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

Baş redaktor bildirib ki, belələri demokratiyadan, söz azadlığından pafosla, ağızdolusu danışırlar: “Milli Şura adlı yığnaqda cəmləşiblər. Nə istəyirlər, nədən istəyirlər? Bu adamların əlində bir günlük imkan olsa, dünyanı yerindən oyanadar, baş kəsər, qan tökər, UF da deməzlər...Bu YALINCIQları çoxdan tanıyırıq... Hökuməti, hakimiyyəti tənqid etmək vacibdir. Jurnalistin də, bloqqerin də, siyasətçinin də təkcə peşəsi deyil, vətəndaşlıq borcudur. Hökumətin səhvlərini, bacarmadıqlarını cəmiyyətə çatdırmaq lazımdır. Mübarizənin söyüşlə və şantajla, qurşaqdan aşağı aparılması isə qəbul edilməyən haldır. Cəmiyyəti buna öyrətməklə özünü demokratiya carçısı sayanlar əksinə, demokratiyanı ən böyük zərbə altına qoyanlardır. “Çatana çat, çatmayana bir daş at” məsəlindəki kimi, elə kim gəldi söydürmək, şantaj etdirmək nə siyasətdir, nə də mübarizə. Əksinə, demokratiyadan danışıb antidemokratik hərəkətlər bu adamların tipini təyin edir, onları çılpaqlıqla cəmiyyətə tanıdır. Nəticəsi də göz önündədir. Cəmiyyətimiz demokratik düşüncə daşıyıcısı olmadığnızı yaxşı bildiyi üçün sizə inanmır. Sizin yeriniz elə öz yığnağınız, öz Şuranızdır. Orada danışın, dincəlin, yenə danışın, özünüz deyin, özünüz eşidin...”
Cebhe.info

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений