Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bayılda tikintiyə kim icazə verib?- “Müxtəlif adamlarla işbirliyi qurub, tikib, içinə giriblər”- İCRA HAKİMİYYƏTİ



Xəbər verdiyimiz kimi, Bayılda sürüşmə sahəsində - teleqüllədən 200-250 m cənub-şərqdə torpaq qatında müxtəlif istiqamətli çatlar qeydə alınıb.  Sakinlər köçürüləcəkləri və kompensasiya alacaqları günü gözləyir, bəzi dairələr isə həmin evlərin qanunsuz tikili olduğunu iddia edir.

Maraqlıdır, bu evlərin qeydiyyatı kim tərəfindən və necə həyata keçirilib? Tikinti icazəsi kimdən alınıb?

Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Kərimov Cebhe.info-ya açıqlamasında bu haqda danışıb: “Bu evlərin 25 faizi 60-70-ci illərdə tikilib. Əsas etibarilə 90-cı illərin əvvəllərindən sonunadək tikilimiş evlərdir. 2000-ci ildə sürüşmə olduqdan sonra burada tikinti işlərində sərt mövqe tutuldu, hamısı dayandırıldı. Son dövrlər sadəcə olaraq 5-6 ev “perstroyka”  edilib. Bu evlərin əksər hissəsi köhnədən qalmadır.

91-93-cü illərdə məcburi köçkünlər Bakıya gəldi, böyük problemlər var idi. Ona görə də gecəqondu kimi bu evlər tikildi. Yəqin ki, o evlərin fotolarını görmüsünüz,  nə gündədir bu evlər. İmkansız təbəqə tərəfindən tikilən bu evlərdə yaşayanların əksəriyyəti Zəngilan qaçqınıdır. Təxminən 36 evdə onlar məskunlaşıb. Azərbaycanın müxtəlif yerlərindən gələrək burada müxtəlif adamlarla işbirliyi qurub, tikib, içinə giriblər”. 

Nigar Məhərrəm 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений