Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bəhreyndən İrana təhdid BƏYANATI 



Bəhreyn "İran məsələsi" ilə bağlı ABŞ-a dəstək bəyənatı ilə çıxış edib.

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, Bəhreyn hökuməti ABŞ-ın İrana qarşı strateji siyasətində rəsmi Vaşinqtonun yanındadır və ona istənilən dəstəyi verməyə hazırdır.

Bəhreyn xarici işlər nazirliyinin yaydığı bəyanatda belə qeyd olunub.

Bəyanatda vurğulanır ki, regionda stabilliyi qorumaq, o cümlədən İranın nüvə silahı istehsalı ilə bağlı təhdidlər aradan qaldırılmalı və rəsmi Tehranın balistik raketləri zərərsizləşdirilməlidir.

Bununla yanaşı verilən bəyanatda qeyd olunub ki, bölgənin nüvə silahından təmizlənməsi, İran isə region ölkələrinin daxili işlərinə qarışmamalıdır. Həmçinin regionda terorristlərə verdiyi dəstəyi dayandırmalı, İraqın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.

Bəyanatın sonunda vurğulanır ki, əks halda regionda İran üçün nəticələri yaxşı olmayacaq proseslər yaşanacaq.

E.Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений