Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bərdədə bələdiyyə rüşvət verməyən məcburi köçkünün evini dağıtıb - VİDEO



İsgəndərovlar ailəsi Kəlbəcər rayonundan məcburi köçkündür. 

Ailə 1993-cü ildən Bərdə rayonunun Qarağacı kəndində bir neçə ailə ilə birlikdə məskunlaşıb. Ailənin yaşadığı ev çətin şəraitdə olduğu üçün onlar yarı ciy kərpic, yarı mişar daşından özlərinə ev tikməyi qərara alıblar. Lakin onların iddiasına görə, kənd bələdiyyəsi onlardan min manat rüşvət tələb edib. Pulun verilmədiyi halda evin söküləcəyi deyilib. Məcbur qalan ailə rüşvəti ödəyəcəyinə söz verib. Ancaq "ödənişin" gecikməsi səbəbindən ailənin tikilməkdə olan evi olduğu polis gücünə, əraziyə texnika cəlb etməklə uçurub.

Cebhe.info xəbər verir ki, dekabrın 1-də baş verən hadisə zamanı ailənin 71 yaşlı üzvü Kubra İsgəndərova və 33 yaşlı İlahə İsgəndərova ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, xəsarət alan İlahə İsgəndərova hamilə olub.

Elgün Gəncimsoy, Bərdə 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений