Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bərdədə kanalizasiya quyusu partladı: Yaralılar var



Bərdədə partlayış baş verib. Partlayış nəticəsində 2 nəfər yaralanıb.

Cebhe.info xəbər verir ki, hadisə 16:00 radələrində rayonun Ədalət Ədilov küçəsində Nüşabə Naibovaya məxsus evin yaxınlığında baş verib.

Partlayış küçədəki kanalizasiya quyusunda qeydə alınıb. Partalışın şiddətindən kanalizasiya quyusunun üzərindəki beton örtük parçalanlb. Yaxınlıqdakı avtomobilə də ziyan dəyib. Hadisə nəticəsində Nüşabə Naibova və avtomobilin sahibi Niyaməddin Qarayev xəsarət alıb. Hər iki yaralı təcili tibbi yardımla Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərin vəziyyətinin orta ağır olduğu bildirilib. İlkin ehtimala görə partlayışa səbəb quyuya atılan kalsium karbid məhlulunun alışması olub. Hadisə ilə bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений