Bərdədə kütləvi tələfat xəbərinə baytarlıq Xidmətindən CAVAB

“Bərdə rayonunda mal-qaranın qarayara xəstəliyinə tutulması haqqında xəbər heç bir fakta söykənmir”.
Bu barədə Cebhe.info-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli açıqlama verib.
O, Bərdə rayon Baytarlıq İdarəsi ilə əlaqə saxladığını və bu cür faktın mövcud olmadığını dedi:
“Tamamilə yanlış fikirlərdir. Kimlər tərəfindənsə yayılıb”.
Yolçu Xanvəli mal-qaranın vaksinasiya olunduğunu bildirib.
Xatırladaq ki, Bərdə rayonunun Mehdili kəndində yerləşən şəxsi fermada 50 baş İsveç növü inək qarayara xəstəliyindən tələf olunduğu haqqında məlumat yayılıb.
Vahid adlı iş adamına məxsus fermada çalışan bir nəfərin də qarayara xəstəliyinə tutulduğu, həmin şəxs Bərdə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi qeyd olunur.
Məlumatda həmçinin yerli icra orqanları ilə isti münasibəti olan Vahid adlı biznesmenin faktın gizlədilməsinə nail ola bildiyi qeyd olunub.
Xatirə
Cebhe.info