Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Berlin Film Festivalının qalibləri bəlli oldu



68-ci Beynəlxalq “Qızıl Ayı” Berlin Film Festivalının qalibləri bəlli olub.

Cebhe.info xəbər verir ki, 78 ölkədən iştirakçıların qatıldığı festivalda 385 film nümayiş olunub.

19 film "Qızıl Ayı" mükafatı uğrunda mübarizə aparıb. Ən yaxşı film nominasiyasında mükafatın qalibi rumıniyalı rejissor Adina Pintilinin “Mənə toxunma” (Touch me not) filmi olub.

Festivalın digər nominasiyalarında qaliblər aşağdakı kimi sıralanıb:

Münsiflərin seçimi: Malqorzata Szumovska - “Tvarz” (Polşa)

Ən yaxşı rejissor: Ves Anderson – “İt adaları” (ABŞ)

Ən yaxşı aktrisa: Ana Brun – “Las Herederas” (Paraqvay)

Ən yaxşı aktyor: Antoni Bajon - “Dua” (Fransa)

Ən yaxşı ssenari: Alonso Ruizpalakios – “Muzey “ (Meksika)

Ən yaxşı qısa film (Qızıl Ayı): İnes Moldavski - 'Divarın arxasındakı kişilər” (İsrail).

Məcid 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений