Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Bərzaniyə dəyəcək “kürd silləsi” - TƏHLİL



Şimali İraq Kürd Muxtariyyətinin sentyabrın 25-də keçirdiyi referendum beynəlxalq səviyyədə tanınmadı.Əslində muxtariyyətin lideri Məsud Bərzani də referendumun tanınmayacağını və bununla bir sıra region dövlətlərini qarşısına alacağını bilirdi.Hətta analitiklər hesab edirdi ki, Bərzani “Kürdüstan”ın müstəqilliyini elan edərsə, bu bölgədə yeni müharibə ocağının yaranmasına səbəb olacaq.Ancaq  etirazlara baxmayaraq Bərzani referendumu keçirdi və “Kürdüstan”ın müstəqilliyini elan etməyə hazırlaşır. 

Belə ki, Bərzani noyabrın 1-də “parlament seçkiləri” keçirməyi planlaşdırır.Elə həmin tarixdə Bərzaninin prezident seçkilərinin keçirilməsi haqda qərar verəcəyi də gözlənilir.Ekspertlər hesab edir ki, Bərzani qlobal güclərdən dəstək almasa belə, bir addımda atmağa cəsarət etməzdi. Ancaq “Kürdüstan”ın referendum keçirməsinə beynəlxalq güclərin münasibətindən belə bəlli olur ki, Bərzaninin arxasında yalnız İsrail var. Digər güclər müstəqil “Kürdüstan”a qarşıdır. Bölgədə  çox mürəkkəb siyasi vəziyyət yaranıb. Maraqlıdır, Bərzani tarana gedir, yoxsa razılaşdırılmış oyun oynayır?

“Cümhuriyət” qəzetinə açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib ki, Bərzanini bu vəziyyətə gətirib çıxaranlar bu gün də ona dəstək verirlər:

“100 ildən artıqdır ki, bölgədə belə bir vəziyyət yaratmaq istəyirdilər. Bu I və II Dünya Savaşından sonra baş verib və bu proses bu gün də davam edir. İraqın şimalındakı referendumu İsrail dəstəkləyir.Bu referendumun dəstəklənməsi də yaxşı hal sayılmır.Burada əsas məsələlərdən biri ABŞ-ın mövqeyidir.ABŞ isə hələ ki, bu referendumu qəbul etmir.Sadəcə olaraq tərəfləri, yəni Bağdad və Ərbili danışıqlara çağırır.Daha kəskin mövqeyi isə Türkiyə, İran və İraqın mərkəzi hökuməti sərgiləyir.Bu üçlük bölgədə heç bir separatçılığı qəbul etmir.İstənilən separatçı hərəkətlərə qarşı kəskin addımlar atacaqlar.Hətta İraqın şimalında “Kürdüstan” müstəqillik elan edərsə, ona qarşı birgə əməliyyatlar həyata keçirəcəklər.Hal-hazırda vəziyyət bu şəkildədir.Bərzani hökuməti isə tutduğu mövqedən geri çəkilmir. Bərzaninin müstəqillik elan edəcəyini göstərən əlamətlər  daha çoxdur. Noyabrın 1-də keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə əslində bir neçə il öncə keçirilməli olan seçki kampaniyasıdır. Hal-hazırda Bərzani qanunsuz olaraq hakimiyyətdədir.Çünki onun başçılıq etdiyi parlamentin səlahiyyət müddəti başa çatıb.Sonra İraqın şimalındakı məclis özü öz səlahiyyət müddətini uzatdı.Ola bilsin ki, bu seçkidən sonra İraqın şimalındakı muxtar bölgə ilə bağlı hər hansı qərar verilsin.Amma bir məsələ də var ki, Şimali İraqla bağlı məsələdə kürd təşkilatlarının mövqeyi eyni deyil.Bir neçə gün əvvəl İraqın keçmiş prezidenti Cəlal Talibanının xanımı bəyan etdi ki, Bərzani beynəlxalq təzyiqlərə məhəl qoymadan müstəqillik fəaliyyətini davam etdirir və bu yaxşı heç nə vəd etmir.

Bu o, deməkdir ki, Türkiyənin, İranın, İraqın mərkəzi hökumətinin və digər beynəlxalq qurumların Şimali İraqdakı referenduma təpkiləri noyabrdan sonra daha açıq şəkildə görünəcək.Çünki noyabra qədər İraqın şimalındakı hökumətin vəziyyəti bəlli olacaq.Yeni siyasi qüvvələr ortaya çıxa, müxalif qüvvələr yarana bilər.Odur ki, noyabrın 1-dən sonra İraqın şimalında vəziyyət daha fərqli olacaq”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений