Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bəxtiyar Həsənəlizadə: "Finalı düşünsək, yarımfinalda məğlub olarıq" - MÜSAHİBƏ



"Sumqayıt"ın futbolçusu Bəxtiyar Həsənəlizadə Rekord.az-a müsahibə verib:

- Səfər qolu sizi daha çox inandırdı...
 
- Rəqib meydanında qol vurmaq yaxşı nəticədir. Səfərdə də zəif çıxış etmədik. Əvvəlki oyunlara baxanda yaxşı oynadıq. "Qarabağ” bizə 4-5 qol vururdu. İndi isə öz meydanında 2 top vura bildi. Səfər qolunu da vurmaq bizim üstünlüyümüz idi. Biz də bundan istifadə etdik.
 
- Cərimə zəribəsindən gözəl şans əldə etdin. O epizod haqda nə deyə bilərsən?
 
- Həmin epizodda topu qapıçının üstünə vurmaq istəyirdim. Orda futbolçuların çoxu mane oldu. Qapıçını görmürdüm. Oyunçulardan birinə dəyib qayıtdı. Məqsədim topu qapıçının üstünə vurmaq idi. Əvvəl də belə qol vurmuşam. Amma indi alınmadı.
 
- O epizod mübahisə yaratdı. Necə düşünürsən penalti olma ehtimalı var?
 
- Epizoda yaxın deyildim. Mənə elə gəldi ki, cərimə meydançasından kənarda idi. Təkrara baxmaq lazımdır.
 
- Milli komandaya dəvət alacağını düşünürsən?
 
- Hər bir futbolçu istəyər ki, milli komandada oynasın. Bunun üçün də çalışırıq. Komandamız da yüksək səviyyədə çıxış edir. Öhdəlik onların üzərinə düşür. Bizim işimiz futbol oynamaqdır. Belə məsələləri millinin baş məşqçisi aydınlaşdırır.
 
- Bu qələbəni Samir Abasovsuz qazandınız. Onun yoxluğu hiss olunurdu?
 
- Oyundan öncə o bizimlə danışıb və sonra gedib. Onun bizə verdiyi motivasiya iki oyuna da bəs elədi. Oyunlara çıxanda fikirləşirdik ki, oyunumuzu izləyir. Olmamağı çox təsir etmədi. İnanırdıq ki, o, bizimlədir.
 
- O, "Qarabağ”a qarşı hansı tapşırıqları verdi?
 
- Səbirli olmağı tapşırmışdı. Bizə şans yaranacağını söylədi. Elə də oldu. Əsas odur ki, şansdan istifadə edə bildik.
 
- "Qarabağ”ı məğlub etdiniz. Demək olar ki, "Sumqayıt” finalda kuboku qazanacaq?
 
- "Qarabağ”ı məğlub etdik. İndi fasiləyə yollanırıq. "Keşlə” ilə tez oynasaydıq başqa cür ola bilərdi. Fasilənin olmağı yaxşı haldır. İndi hamı bizi finalda görür. Amma "Keşlə”ni zəif rəqib kimi görmək olmaz. "Keşlə” "Kəpəz”i üstələyib. Təcrübəli futbolçuları var. Bizim üçün çətin olacaq. Finalı düşünsək yarımfinalda məğlub olarıq.
 
- Kubokla bağlı qarşınıza hər hansı bir hədəf qoyulub? Yarımfinala qədər irəliləyəcəyinizə inanırdınız?
 
- Kubokla bağlı komandanın qarşısına məqsəd qoyulmayıb. Biz "Qarabağ”a rəqib olanda məqsədimiz bu komandanı məğlub etmək idi. Dəfələrlə onlara uduzurduq. "Sumqayıt” elə komanda deyil ki, "Qarabağ” 4-5 qol vursun. Biz bunu qəbul edə bilmərik. Mərhələni keçməliydik. "Qarabağ”ın bizə rəqib olmağı motivasiyamızı ikiqat artırdı. Oyunları bir-bir fikirləşmək lazımdır. Hər komandaya da qiymət vermək lazımdır. "Keşlə”yə qarşı da mübarizə aparacağıq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений