Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Beyləqanda zəncirvari qəza: Ölənlər var



Beyləqanda zəncirvari qəza nəticəsində iki nəfər ölüb. 

Cebhe.info xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunda 3 ədəd "VAZ” markalı minik avtomobili və "BMW" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1970-ci il təvəllüdlü Abdullayev Etibar Kamal oğlu və sərnişin, 1976-ci il təvəllüdlü İmrəliyev Arif Vaqif oğlunun cəsədlərini deformasiyaya uğramış "VAZ” markalı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений