Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Beynəlxalq Bankdan QANUNSUZ ADDIM: Əmanət faizlərini aşağı salır



Azərbaycan Beynəlxalq Bankı (ABB) vətəndaşların əmanət üzrə faiz dərəcəsini birtərəfli qaydada aşağı çəkib.

Bu haqda hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov məlumat verib. Əkrəm Həsənov yaranan problemlə bağlı bunları deyib: “Rusiya vətəndaşı da bizim Beynəlxalq Bankı məhkəməyə verməyə hazırlaşır! Əmanət üzrə faiz dərəcəsini birtərəfli qaydada azaltdığına görə. Bu gün məndən soruşur ki, "heç belə də qanunsuzluq olar?! Bank bunu məhkəmədə necə əsaslandıracaq?" Mən də cavab verdim ki, dünən bu növ iş üzrə artıq ilk iclas oldu. Bank nəinki suallara cavab verə bilmədi, nümayəndəsi ümumiyyətlə, hüquqdan başqa nədən desən, danışırdı”.

Ümumiyyətlə, bankla vətəndaş arasında bağlanan əmanət müqavilələri qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanır. Bu da yarana biləcək narazılıqları aradan qaldırmaq üçün ən yaxşı yoldu.

Maraqlıdır, əmanət üzrə faizlərin aşağı salınması müqavilədə göstərilirmi?

Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, bankın belə bir addım atması qanunsuzdur. Ə.Həsənovun sözlərinə görə, bu qanunda birmənalı şəkildə göstərilib: “Bu təbii ki, qanunsuzdur. Mülki Məcəllənin 948-ci maddəsində birmənalı şəkildə yazılıb ki, bank vətəndaşın əmanət faizini birtərəfli qaydada azalda bilməz. Beynlxalq Bank isə vətəndaşlara müraciət edib və arqument olaraq göstərir ki, bazarda faiz dərəcəsi endiyi üçün bu addımı atırıq. 

Gəlin, belə düşünək ki, biz heç hüquqşünas, maliyyəçi deyilik. Bank hansı əsasla vətəndaşın əmanət üzrə faiz dərəcəsini birtərəfli qaydada azalda bilər? Əlbəttə ki, bazarda faiz dərəcələri düşən halda. Ümumiyyətlə, banklar faiz dərəcəsini ona görə təklif edirlər ki, vətəndaşlar əmanət üçün məhz onları seçsin. Yəni, bankların arasında rəqabət var. Bank bilir ki, bazarda əmanət faizləri 10 faizdir, o, uzağı 9-8 faiz təklif edə bilər. Bundan aşağı olarsa, aydındır ki, heç kim əmanətini həmin banka qoymayacaq. Əgər bank vətəndaşla 5 illik müqavilə imzalayıb, ancaq iki ildən sonra bazarda vəziyyət dəyişir və o halda bank faizi aşağı çəkir. Amma qanun birmənalı şəkildə deyir ki, bank bunu edə bilməz. Hətta bu müqavilədə belə göstərilə bilməz. Yalnız hüquqi şəxslərin əmanət üzrə imzaladığı müqavilələrdə bu bənd göstərilə bilər, ancaq vətəndaşlara qarşı bank bunu ed bilməz”. 

Əkrəm Həsənov Beynəlxalq Bankın gətirdiyi arqumentlərə toxunaraq deyib ki, bank birbaşa olaraq dövlət siyasətinin əleyhinə gedir: “Beynəlxalq Bank məktubunda istinad edir ki, Azərbaycan iqtisadiyyatında və bank sektorunda baş vermiş əhəmiyyətli dəyişikliklərə görə bankın vəziyyəti pisləşib. Əslində Beynəlxalq Bank bu ifadəsi ilə dövlət başçısının əksinə gedir. Çünki prezidentin Beynəlxalq Bankın sağlamlaşdırılmasına dair 2015-ci il tarixli fərmanı var. Həmin fərmanda qeyd olunur ki, Beynəlxalq Bankın vəziyyəti sırf daxili idarəetmədə olan nöqsanlara görə pisləşib. Yəni, fərmanda Azərbaycan iqtisadiyyatı və ya bank sektoru haqqında heç nə yoxdur. Amma bank əmanətçilərə yazır ki, ölkədə vəziyyət pisləşib. Digər tərəfdən, dövlət başçısı son çıxışlarında dəfələrdə vurğulayıb ki, ölkənin iqtisadi gücü artıb. Əgər bu hansısa özəl bank olsa, atılan addımları anlamaq olar. Ancaq Beynəlxalq Bank dövlət bankıdır”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений