Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bezidirici reklamlardan canımız qurtulur



15 fevralda “Google” şirkəti “Chrome” brauzerində zəhlətökən reklam elanlarını bloklamağa başlayıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, brauzerə qurulmuş reklamları bloklayan mexanizm koalisiya tərəfindən hazırlanmış standartları pozan bəzi növ reklam elanlarının aşkar edilməsi üçün nəzərdə tutulub.

Qəbuledilməz elanlar kateqoriyasına üzə çıxan pəncərələr, avtomatik işə düşən səsli videolar, saytın yüklənməsindən öncə ekranda görsənən taymerdən istifadə edən reklam və başqa elan növləri daxildirlər.

Zəhlətökən reklamla mübarizə prosesi üç mərhələdən ibarətdir. İlk öncə “Google” şirkəti saytları koalisiyanın standartları baxımından qiymətləndirir. Bu və ya digər sayt yoxlanmadan keçmədiyi halda onun sahibi müvafiq xəbərdarlıq alır və 30 gün ərzində çatışmazlıqları aradan qaldırmaq imkanına malikdir. Xəbərdarlığa əhəmiyyət verilmədiyi halda “Google Chrome” brauzeri həmin saytdakı bütün reklam elanlarını bloklayacaq. “Google Chrome” brauzerinin masaüstü və mobil versiyasının istifadəçiləri lazım olduqda bu və ya digər səhifədə reklamın bloklanmasını deaktiv edə biləcəklər.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений