Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Binəli Yıldırım Türkiyə Parlamentinin sədri seçildi



Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) sədr seçkisi keçirilib.

Cebhe.info yerli KİV-ə istinadən xatırladır ki, parlament sədri vəzifəsinə AKP Binəli Yıldırımın, müxalif Cümhuriyyət Xalq Partiyası İstanbuldan olan millət vəkili Erdoğan Toprakın, Xalqların Demokratik Partiyası Siirtdən seçilən deputat Meral Danış Beştaşın, İYİ Partiya İstanbuldan olan millət vəkili Hayrettin Nuhoğlunun və Səadət Partiyası isə İstanbulu təmsil edən deputat Cihangir İslamın namizədliyini irəli sürmüşdü.

Türkiyə Konstitusiyasına əsasən, Məclis sədri seçilmək üçün I və II turda 600 deputatdan 400-nün səsini qazanmaq lazımdır. Əgər I və II turda parlament sədrini seçmək mümkün olmasa, onda III tur keçirilir. Bu mərhələdə 301 deputatın dəstəyini qazanan şəxs Böyük Millət Məclisinin sədri seçilir.

İlk 2 turda namizədlərdən heç biri seçilmək üçün tələb olunan 400 səsi toplaya bilməyib.

Üçüncü turda isə sadə səs çoxluğu tələb olunduğu üçün 335 səs alan Ədalət və İnkişaf Partiyasının namizədi, sabiq baş nazir Binəli Yıldırım TBMM-in sədri seçilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений