Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bir seçki də bitdi: Müxalifət uduzdu



Venesuelada keçirilən prezident seçkisində indiki prezident Nikolas Madura liderlik edir.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, səsvermə artıq başa çatıb. Ölkədə ümumi olaraq 14,6 min seçki məntəqəsi açılıb. 20,5 milyon seçicinin səsverməsinə şərait yaradılıb. 

Müxalifət siyasi aktivliyin olduqca aşağı olduğunu deyir, hökumət isə bunun əksini iddia edir. 

Müxalifət ümumilikdə seçkidə səsvermə hüququ olanların 30 faizinin iştirak etdiyini bildirir. Hökumət isə bu rəqəmin 80 faiz olduğunu deyir.

İlkin nəticələrə görə, Nikolas Maduro öndədir. Onunla bərabər "Dəyişikliyə Ümid" Hərəkatından Haver Bertuççi, “Siyasi Xalq Birliyi"ndən Reynaldo Kixaha, müxalif "Proqressiv Avanqard" Partiyasından Enri Falkon iştirak edib. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений