Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bizimlə birgə böyüyən Qarabağ dərdi



Uşaqlığım müharibə dövrünə düşdü. Yaddaşım barıt, qan qoxulu hadisələri andıran səhifələrlə doludur. Elşən əminin şəhid olması, evin tək oğlu Bəylərin faciəvi şəkildə qətlə yetirilməsi xəbərinin dəhşəti, kəndimizə yağan mərmi yağışının yaratdığı qorxunu bu gün də hiss edirəm. Amma mənə heç kim bir kəlmə də ermənilərdən danışmırdı. Anamın sözləri hələ də qulaqlarımdadır: “Qorxma, anan qurban, erməni kimdir ki? Hamısını qıracağıq”, “Başına dönüm, ermənilər bizə heç nə edə bilməz, dədəngil onların kökünü kəsəcək”...

Bir gün ayıldıq ki, dədəmin adam hesab etməyib “hamısını qıracağı” dediyi erməni məni də, dədəmi də yurdsuz -yuvasız qoyub. Ən sevimli oyuncaqlarım adam hesab etmədiyimiz erməni tanklarının tiltılları altında qaldı. Evciklərimiz qonşunun həyətinə düşən mərminin partlayış zamanı yaratdığı zərbə dalğasının təsiri ilə alt-üst oldu. Hələ mən evlərimizi demirəm... Əzəmətli, hündür, qonşunun bəhsinə daha da əzəmətli tikilən evlərimizi (hansı ki, həmin evlərə Bakıda villa deyirlər) tərk edib, qonşu rayonların məktəb binalarının cəmi bir sinif otaqlarına, çadırlara köç etməyə məcbur qaldıq. 

Bir sözlə, Qarabağ müharibəsinin odu həyatımızı - uşaqlıq xatirələrimizi yandırdı. Gözüyaşlı, qəlbi nisgilli qaldıq. 

Həyat davam edir. Fələyin zaman çarxı dayanmaq, durmaq bilmir. Hər dəfə fırlanıb bir dövrə vuranda nənələrimiz demiş: “Bir buğda boyu böyüdük.” Böyüdükcə daha dərindən dərk etməyi bacardıq. Amma yaddaş yaddaş olaraq yerində qaldı, kök atdı. O ildən bu ilə çox şeylər dəyişdi. Amma dəyişməyən bir ifadə qaldı yaddaşımızda: “Ermənidən bizə düşmən ola bilməz. Onlar qorxaq, yaltaq xalqdır - Vəssalam!!!”

Bir az daha dərindən düşünmək lazımdır. Gəlin, əyri oturub düz danışaq. Bizim xalq olaraq üzləşdiyimiz faciələrə, uğursuzluqlara yol açan ən başlıca səbəbləridən biri bax, elə beynimizə həkk elədiyimiz o anlayışlardır. Bir sözlə, bir erməni uşağının bizi gördüyü, tanıdığı kimi biz onları tanımırıq. Şəxsiyyətinə çox dəyər verdiyim ziyalılarımızdan birinin otağında oturub söhbət edirdik. O dedi ki, Qarabağ müharibəsi başlayana kimi mən elə bilirdim ki, Ermənistan tamamilə Qoqo və Mişadan ibarətdir. Qoqoyla Mişa həmin ziyalımızın rəhbərliyi altında zibilyığan işləyib. Amma müharibə başlayanda məlum olub ki, erməni Qoqoyla Mişa deyil... Erməni illər, əsrlər boyu evindəki körpəsini bizə qarşı kinlə böyüdən xalqdır. Onlar öz namuslarını - qızlarını, arvadlarını, analarını belə qələbə üçün, hədəfləri üçün səfərbər edirlər. Əgər Ermənistanda sorğu keçirmək mümkün olsa, məlum olar ki, 5 yaşından 12 yaşına qədər hər bir erməni uşağında türk fobiyası var. Və 13 yaşdan sonra həmin fobiya praktiki olaraq kin-küdurətə çevirilir. Özü də bunu orta məktəblərdəki psixoloqlar edir. Nəticədə isə maraqlı erməni anlayışı ortaya çıxır: Bir türkü öldürən erməni xalqının xilaskarıdır. - Buyurun!!! 

İndi gəlin, bizim erməniyə baxışlarımıza nəzər salaq. “Məmə deyənimizdən pəpə deyənimizə” qədər hər kəs başlayacaq: “Erməni qorxaqdır”, “Erməni yaltaqdır”, “Erməni xalq deyil”, “Onlardan bizə düşmən ola bilməz”, “Onlar bizim düşmənimizin itidir” və s. və ilaxır. Yaşımdan və ya yaşamadığımızdan öncəki illərdən söhbət açmayacağam. Məsələn, Qubada tapılan məzarlığı da bir kənara qoyaq. Heç müharibəni də qeyd etməyək. Gəlin, sizə qısaca araşdırdığım bir faktı təqdim edim. 

Erməni dövlətinin və erməni diasporasının maliyyə və təşkilati dəstəyi ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terror təşkilatlarının Azərbaycana qarşı apardığı müharibə 1980-cı ilin sonlarından ardıcıl xarakter alıb.Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda dinc Azərbaycan əhalisini qətlə yetiriblər. 1989-cu ildən 1994-cü ilə qədər ölkənin müxtəlif ərazilərində qeyd etdiyimiz kimi qeyri-müharibə şəraitində törətdikləri 34 terror aktlı nəticəsində 446 soydaşımız həlak olub, 547 nəfər ağır yaralanıb. Bundan başqa torpaqlarımıza silahlı təcavüz nəticəsində ölkə ərazisinin 20 faizi işğala məruz qalmış torpaqlarımızın müdafiəsinə qalxan minlərlə vətən oğulları həlak olub. Lap sonuncu və ən ağırını Xocalını qeyd edim. Adam yerinə qoymadığımız, erməni cəmi bir gecənin içində Xocalıda əsrin soyqırımını törətdi. İçərisində körpə və qocalar olmaq şərti ilə 613 nəfər dinc sakin xüsusi amansızlıqlarla qətlə yetirildi, 650 nəfər soydaşımız isə sağlamlığını itirdi. 

Təəssüf ki, bu rəqəmlər getdikcə artır. Düşmən hərbçiləri hələ də cəbhə bölgəsində yerləşən kəndliləri atəşə tutub qətlə yetirir. Düşmən sonuncu dəfə bizə öz üzünü Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Zəhranı qətlə yetirməklə göstərdi. Yenə görə bilmədik məsum Zəhranın al-qana qərq olmuş kiçik vücudundan bizə buz kimi kəskin baxan düşmənin üzünü... İndi məni bir sual maraqlandırır. Görəsən erməni daha neynəməlidir ki, biz onu ciddiyə alıb düşmən kimi qəbul edək?!...

Sonda bir faktı da diqqətinizə çatdırmağı özümə borc hesab edirəm. Ermənistanın ali təhsil ocaqlarında türk dili tədris edilir. Türk dilləri, o cümlədən, Azərbaycan dili öyrədilir. Tariximizdən tutmuş mədəniyyətimizə kimi hər şeyi oxuyurlar. Bizi ciddiyə alıb düşmən hesab edirlər. öyrənirlər... Sabahkı iqtisadi, siyasi, informasiya müharibələrində qalib çıxsınlar deyə edirlər bunu. Bəs biz onların etdiklərin edirikmi? -Xeyr! 

Cənablar, unutmaq lazım deyil ki, ermənilər bizim düşmənimizdir. Onları ciddi qəbul edib öyrənməliyik ki, sabahkı davamızda düşmənin harasına necə vurmaq olduğunu müəyyən edə bilək. Yoxsa belə davam etsə, nəyinki, dədə-baba torpaqlarımız, heç “Sarı gəlin”i də ala bilməyəcəyik! 

Elgün Gəncimsoy

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений