Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

BLOKLANAN SAYTLAR: Nazirlik siyahını hələ hazırlamayıb



“Təəssüf ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) qanunvericilikdə nəzərdə tutulan, bloklanan saytların “qara siyahısı”nı indiyədək hazırlamayıb”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirib. O deyib ki, ötən ilin əvvəli “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna edilən əlavələrlə mövcud qanunvericiliyin tələblərini pozan saytların bloklanması üçün hüquqi baza yaradılıb:

“NRYTN məhkəmə qərarı olmadan və Baş Prokurorluğun təqdimatı ilə internet resursları bloklaya bilir. Bu qanunvericiliyin tətbiqi ilə bağlı bir xoşagəlməz tendensiya var. İlk baxışda elə görsənir ki, sanki bu qanunvericilik internet mediaya, xəbər resurslarına qarşı hazırlanıb. 

Çünki, adətən xəbər resurslarının bloklanması ilə bağlı məlumatlar açıqlanır. Başqa hansısa digər resursların bağlanması haqqında ictimaiyyət məlumatsızdır. Halbuki qanunvericilikdə saytın qapadılması üçün əsas ola biləcək informasiyalar, çağırışlar olan xeyli saytda digər internet resurslar da var.  Yəni, uşaqlar üçün zərərli olan, dini radikal qurumların, ekstremist-terrorist qurumların, dövlətçilik üçün təhlükəli təriqətlər və qruplaşmaların internet resursları da varki qanunvericilik onlara tətbiq oluna bilər, xəbərdarlıqlar edilə bilər. Və nəhayətdə ölkə ərazisində fəaliyyəti qadağan oluna bilər”. 

Ekspert bildirib ki, hələlik bu tendensiyanın ancaq xəbər resurslarına qarşı olduğu duyulur:

“Əgər digər resurslara qarşı da belə bir addımlar atılıbsa, məlumat əldə etmək mümkün deyil. Düşünürəm ki, Nazirlik qanunvericilikdə nəzərdə tutulan bloklanmış saytların "qara siyahı"sını tezliklə hazırlamalıdır.

Eyni zamanda düşünürəm ki, NRYTN, Baş Prokurorluq internet resursun, xüsusilə də internet media resursunun tam bağlanmasından öncə , qanuna zidd olan konkret bir xəbərin, məlumatın linkini də bloklaya bilərdi. Yəni ola bilər ki, hansısa bir xəbər resursunda sadəcə bir və ya bir neçə qanuna zidd xəbər, məlumat var, bu xəbərə görə, media azadlığı, informasiya azadlığı prinsipini əsas tutaraq bütövlükdə milli informasiya resursunu bloklamaya da bilər”.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений