Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

BMT-də beynəlxalq vasitəçilər qrupu yaradılıb



BMT-nin baş katibi Antoniu Quterres qurum nəzdində yüksək səviyyəli beynəlxalq vasitəçilər qrupunun yaradıldığını bəyan edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, komissiya 18 üzvdən ibarətdir.

Onların arasında Çili prezidenti Mişel Baçelet, Finlandiyanın sabiq prezidenti Tarya Halonen, Qırğızıstanın eks-prezidenti Roza Otunbayevanın adları var.

Məlumata əsasən, qrup dünyada diplomatiyanın yüksəlməsi, BMT-nin diplomatiya sahəsində imkanlarının artırılması məqsədilə təsis edilib.

“Mən qrup üzvlərindən məsləhətlər gözləyəcəyəm, onların bütün vasitəçilik səylərini dəstəkləyəcəyəm. Əminəm ki, qrup bizə regional təşkilatlar, dünya üzrə vasitəçilik fəaliyyəti ilə məşğul olanlarla daha səmərəli işləməyə kömək edəcək”, deyə A.Quterreş bildirib. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений