Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

BMT-dən müharibəyə “yaşıl işıq”- TƏHLİL



Qurum ŞimaliKoreyanı vurmağaicazə verir

BMT-nın Təhlükəsizlik Şurasının mayın 16-da keçirilən fövqəladə iclasında Şimali Koreyanın son raket sınağı ilə bağlı qətnamə qəbul edib.Fövqəladə müzakirələr mayın 14-də Pxenyan raket sınağı həyata keçirəndən sonra Birləşmiş Ştatlar, Yaponiya və Cənubi Koreyanın tələbi ilə baş tutub.BMT-nin qəbul etdiyi sənəd həmçinin, gələcək sınaqlara qarşı mümkün tədbirlər barədə xəbərdarlığı əks etdirir.Çinin təklif etdiyi qətnamə layihəsində KXDR-in nüvə silahlarının və ballistik raketlərin sınağından imtina olunmasının vacibliyi qeyd edilir.

Yekdilliklə qəbul edilmiş sənəddə Şimali Koreyadan sabitliyi yüksək dərəcədə pozan davranış nümayiş etdirməyi dayandırmaq tələb olunur.Əks təqdirdə, Təhlükəsizlik Şurası KXDR-ə qarşı daha sərt tədbirlərə əl atmaqla tətbiq edilən sanksiyaları sərtləşdirə bilər.Asiya Sakit Okean bölgəsində siyasi və diplomatik vasitələrlə sülhün və sabitliyin dəstəklənməsinin vacibliyini qeyd edən iclas iştirakçıları Şimali Koreyanı nüvəsizləşdirmə məsələsində səmimi addımlar atmağa çağırıb.

Şimali Koreyanın son raketsınağı BMT Təhlükəsizlik Şurasının mayın 16-da keçirilən fövqəladə iclasında müzakirəyə çıxarılıb. Birləşmiş Ştatlar, Yaponiya və Cənubi Koreya Pxenyan mayın 14-də raket sınağı həyata keçirəndən sonra fövqəladə danışıqların keçirilməsini tələb edib. Qeyd edək ki, KXDR ballistik raketin buraxılmasını uğurlu hesab edib. Sınaq prosesini şəxsən izləyən KXDR lideri Kim Çen In bildiribki, ABŞ Şimali Koreyanın nişan məsafəsində yerləşir. Əgər bu həqiqətdirsə, deməli Pxenyan böyük məsafədə nüvə başlıqlarının çatdırılması vasitələrini əldə edib. Pxenyan raketin “Hwasong-12” tipinə aid olduğunu bəyan edib. 787 km uzaqlıqdakı hədəfi vurmaq gücündə olan raket uçuş zamanı 2 min kmdən artıq yüksək məsafəni qət edib. Ballistik raket Rusiyanın sərhədləri yaxınlığında Primorsk vilayətindən 100 km aralıda dənizə düşüb. Hadisə ilə əlaqədar Rusiyanın Uzaq Şərqdəki raketdən müdafiə sistemi ən yüksək hazırlıq vəziyyətinə gətirilib. Cənubi Koreyanın “Renxap” agenliyinin məlumatına görə, sınaqdan keçirilən raket KXDR tərəfindən yeni hazırlanıb. Sınağın məqsədi “Hwasong-12”-nin iri nüvə başlığını daşıya bilməsini yoxlamaq olub. 

Şimali Koreya bundan əvvəl “Pukkıkson-2” raketini sınaqdan keçirmişdi. 60 km uçuş məsafəsi olan həmin raket 189 km hündürlükdən ABŞ-ın Yaponiyadakı hərbi bazasını vurmaq gücünə malikdir.  Raket Rusiyanın Primorsk vilayətindən 100 km aralıda dənizə düşüb. Həmin vaxt Pekində səfərdə olan Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Tszinpin KXDR-in sınaq keçirməsindən narahatlığını bildirib. NATO isə Şimali Koreyanın bu addımını təxribat adlandırıb. Yaponiya hökuməti raket sınağı ilıə bağlı rəsmi etiraz bəyanatı açıqlayıb. BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınağı keçirməsi ilə əlaqədar fövqəladə iclas çağırıb. İclasa təqdim olunmuş qətnamə Şimali Koreyaya bütün hallarda nüvə silahı və onu daşıya bilən vasitələrin fəaliyyəti ilə məşğul olunmasını qadağan edir. 
Bu sənədin qəbulu Şimali Koreyaya qarşı hərbi əməliyyatlara başlamaq üçün ABŞ üçün tutarlı hüquqi arqumentə çevilər bilər. Donald Tramp administrasiyasının Şimali Koreyaya raket zərbələri endirmək niyyətini Birləşmiş Ştatların Koreya yarımadası ətrafında artan hərbi fəallığından da görmək olar. Xatırladaq ki, aprel ayının ortalarında ABŞ-ın “Karl Vilson” döyüş gəmisi başda olmaqla hərbi dəniz qüvvələri Şimali Koreyanın 500 km-lik sahillərinə yaxınlaşmışdı. Bu hadisə ABŞ-ın KXDR rejiminin mövcudluğuna etirazı və onun iqtisadi sanksiyalar yolu ilə dəyişəcəyinə dair ümidlərdən imtinası kimi qiymətləndirldi. ABŞ 2017-ci ildə Sakit Okean hövzəsindəki silahlı qüvvələrin, hərbi gəmilərin və vasitələrin sayının artırılması və təkmilləşdirilməsi məqsədilə 7,5 milyard dollar əlavə vəsait ayırıb. Vaşinqtonun bu qərarı ilk növbədə, Şimali Koreyanın artmaqda olan hərbi fəallığının və nüvə təhlükəsinin qarşısını almağa yönəlmiş plan hesab edilir. ABŞ-ın HDQ-ə məxsus “Zərbə qrupu”nun ardınca Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonun bölgəyə gəlməsi Birləşmiş Ştatların hücumqabağı kəşfiyyat məlumatları toplamasından xəbər verir. 

Amerika Kim Çen In rejimini qitələrarası raketi sınaqdan keçirəcəyi təqdirdə raket zərbələri endirəcəyi barədə xəbərdarlıq edib. Son günlər Şimali Koreya ilə ABŞ arasında Norveçin paytaxtı Osloda danışıqlara başlanılacağı barədə məlumat yayıldı. Çinin vasitəçiliyi ilə keçirilən danışıqların məqsədi Şimali Koreyanı sınaq keçirmək niyyətindən daşındırmaq idi. Lakin son günlər Şimali Koreyanın raket sınağını reallaşdırması və məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılması Oslo görüşünün baş tutma ehtimalını şübhə altına alır. 

Şimali Koreya isə nüvə sınaqlarını davam etdirməkdə israrlı görünür. ABŞ-ın peyk görüntüləri vasitəsilə əldə etdiyi kəşfiyyat informasiyaları KXDR-in Hamqen-Pukto vilayətinin Mantapsan dağlıq rayonunda yeraltı nüvə sınaqlarına hazırlaşdığını göstərir.

Müşfiq Abdulla
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений