Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

BNA marşrut daşıyıcıları üçün yeni tələblər hazırlayacaq



“Sürücülər işə götürülərkən Bakı Nəqliyyat Agentliyi (BNA) ilə razılaşdırılmalıdır”.

Cebhe.info xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov marşrut daşıyıcıları ilə görüş zamanı bildirib.

M.Abbasovun sözlərinə görə, BNA-nın daşıyıcılardan əsas tələbi işə götürülən sürücülər ilə bağlı tam məlumatlı olması ilə bağlıdır. O bildirib ki, BNA sürücü-təlim mərkəzindən keçmiş sürücülər işə götürülməlidir.

"Bir də görürsən ki, daşıyıcının bir neçə avtobusu var, lakin sürücülərin sayı avtobus sayı qədərdir. Daşıyıcının balansında olan avtobusla, daşıyıcı sayı düzgün müəyyən edilməyib. Halbuki hər avtobusa ən azı 2-3 sürücü düşməlidir. Sürücülər arasında iş saatının da düzgün nizamlanmaması qəzalara səbəb olur. Bir daha bəyan edirik ki, BNA olaraq təhlil aparırıq və apardığımız təhlillərin nəticəsi araşdırılaraq sizlərdən tələblərimiz olacaq", - deyə M.Abbasov vurğulayıb.

Cebhe.info 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений