Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bölgələrdə mobil internet yoxdur: Reklamlar bir şey deyir, reallıq başqa



Bakıda internet problemi ilə bağlı mövzu dəfələrlə gündəmə gəlib. Paytaxtın müxtəlif rayon və qəsəbələrində xüsusilə mobil operatorların internet xidmətlərindən şikayətlər səslənir. Bölgələrdə isə vəziyyət daha acınacaqlıdır. Baxmayaraq ki, internet xidmətləri ilə bağlı reklamlarda sakinlərə müxtəlif vədlər verilir, Azərbaycanın rayonlarınlarında həm provayder internet xidmətləri, həm də mobil internet xidmətləri əhalinin narazılığına səbəb olur.

İnternet məsələləri üzrə ekspert Cahid İsmayılov Cebhe.info-ya açıqlamasında bildirib ki, son zamanlar yükləmələr həddindən artıq çoxalıb: 

“İnternetdə videyoyayımların artması nəticəsində meqabayt həcmi artır, bu da keyfiyyətli internet tələb edir. Bu təlabat nəzərə alınaraq, internet infrastrukturunda təkmilləşmə aparılmalıdır.Həm provayderlər, həm də mobil operatorlar bunu nəzərə almalıdırlar”.

Bölgələrdə mobil internetin keyfiyyətinin aşağı olmasından danışan Cahid İsmayılov deyir ki, mobil operatorlarının abunəçilərə vəd etdiyi 4G texnologiyası hətta Bakı ətrafı bölgələrdə də tam təmin olunmayıb: “4G texnologiyası yalnız paytaxtı əhatə edir. 4G texnologiyası bölgələrdə ümumiyyətlə təmin olunmayıb. Reklam çarxlarında 4G texnologiyasının yayqın olduğunu bildirirlər, amma təəssüflər olsun ki, buna əməl etmirlər”.

Xatirə Nəsirova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений