Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Boş qalan deputat yerlərinə seçkilər keçirilə bilər - MSK



Mili Məclisdə bəzi rayonlar üzrə boş qalmış deputat yerlərinin olması  həmin yerlərə seçki keçirilməsi barədə müzakirələr yaradıb. Belə ki, Mehriban Əliyeva birinci vitse -prezident təyin olunduğu üçün Xəzər rayonundan deputat mandatından imtina etmişdi. İki gün əvvəl isə Cəbrayıl rayonundan deputat Astan Şahverdiyev dünyasını dəyişib. Parlamentdə həmin şəxslərin kürsüləri boş qalıb.

Maraqlıdır, parlamentdə boş qalan yerlərə seçkilər keçirilə bilərmi? 

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov Cebhe.info-ya açıqlamasında hazırda Milli Məclisdə iki deputat yerinin boş olduğunu deyib: “Bunlar vitse-prezident təyin olunduğuna görə Mehriban Əliyevanın, digəri isə yeni dünyasını dəyişən Astan Şahvardiyevin deputat yeridir. Bu yerlərə seçkilər keçirilə bilər. Amma hələlik Mərkəzi Seçki Komissiyası bununla bağlı hər hansı qərar qəbul etməyib”. 

Qeyd edək ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений