Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Böyük marketlər balacaları “udur”: Qiymətlər ucuzlaşmayacaq



Ölkənin ən böyük market şəbəkələrindən biri olan “Makromart” öz mağazalarını “Bazarstore”a təhvil verir. Artıq bu proses başa çatmaq üzrədir. “Makromart” şəbəkəsində  ixtisarlar başlayıb. 

İddialara görə, adıçəkilən marketlərin birləşməsi digər fəaliyyətdə olan kiçik marketlərin sıradan çıxarılaraq iri marketlərə birləşdirilməsinə zəmin yaradacaq. 

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında deyib ki, təmərküzləşmə prosesi gedirsə, qiymət ucuzlaşmasından söhbət gedə bilməz: 

“İki market birləşirsə, yəni cəmiyyətin xeyrinə nəsə olacağını gözləməyə dəyməz. İqtisadiyyatı başdan-başa inhisarlaşmış olan bir ölkədə bu cür addımların atılması neqativdir. Rəqiblərdən biri sıradan çıxır, iki işlə məşğul olan şirkət birləşib bazar iştirakçısına çatır və rəqabət qabiliyyəti zəif olan daha da zəifləyir. İki satışla məşğul olan bazar iştirakçısının birləşməsi müsbət hal deyil”. 

Ekspert qeyd edib ki, kiçik marketlərin böyük marketlər tərəfindən “udulması” monopoliyanın genişlənməsinə xidmət edir: 

“Böyük marketlərin kiçik marketləri “udması” iqtisadi nəzəriyyədə də var. Bunun qarşısını almaq üçün ilk növbədə monopoliya aradan qaldırılmalı və konstitusion qanunlar qəbul olunmalıdır. Azərbaycan iqtisadiyyatının neçə faizi inhisarlaşıb və kimlərin əlindədir, bu, bəlli deyil. Məsələn, iqtisadiyyatı şəffaf olan ölkələrdə bunun hamısı statistik olaraq cəmiyyətə açıq olur, yəni hesablanır. Bazar iqtisadiyyatını, modelini əsas götürən, özündə təsdiq edən ölkə elan edir ki, bazarın neçə faizindən çoxunu bir əldə cəmləşdirmək olmaz. Yəni, bazarda ən azı 10 rəqib olmalıdır. Əhalisi çox olanlarda rəqiblər daha çox olur. Mexanizmi formalaşdırılmış ölkələrdə rəqiblər daha çox olur. Nəzərdə tutulmuş faizdən çox rəqib olanda bu, artıq monopoliyaya cəhd sayılır. Ona görə də bazar iqtisadiyyatı normal inkişaf etmiş ölkələrdə bu məsələ asanlıqla həll olunur. Bir market bazarın 8-9 faizini əlində cəmləşdiribsə, onların digər şirkəti almağı sərf etmir. Çünki kapitalı böyüyəcək və artıq qadağaları aşacaq. Hər bir monopolist şirkət öz nüfuz dairəsini daha da genişləndirməkdə maraqlıdır”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений