Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Britaniya mətbuatı: "Putin xəstələnib, Kreml narahatlığını gizlətməyə çalışır"



"Independent" yazır ki, son illər ərzində ilk dəfə olaraq, Vladimir Putin sağlamlığı ilə əlaqədar bir neçə ictimai tədbirlərini təxirə salıb və bununla lider kimi uzun müddətə yararlığına şübhə yaradan şayiələrə səbəb olub.

O, bazar ertəsi Soçiyə getməyib. Çərşənbə axşamı Kremldə mikroelektronikaya dair diskussiyalar keçirilməyib. Çərşənbə günü isə prezident Moskvada keçiriləcək "Mentor 2018" forumuna qatıla bilməyəcək. Gələn həftə isə onun Rusiyanın Uzaq şərqinə səfəri baş tutmayacaq.

"The Independent" yazır ki, Putin özünün ictimaiyyət qarşısında son çıxışı zamanı kifayət qədər xəstə görünürdü. Kremlin keçirdiyi "Rusiya liderləri" yarışında onun səsi zəif idi və o, elə hey öskürürdü.

Ötən həftə Putini Sibirə səfəri zamanı müşayiət etmiş "The Independent" müxbiri də eyni mənzərənin şahidi olmuşdu. Prezident çıxışını güc-bəla ilə edir, çoxlu səhvlər buraxır və diqqətsiz görünürdü.

Çərşənbə axşamı prezidentin mətbuat katibi Dmitri Peskov Putinin ciddi xəstə olduğuna dair mülahizələri təkzib etməyə çalışıb. O deyib ki, bu günlər prezident ya Kremldə, ya da özünün Novo-Oqaryovadakı iqamətgahında işləyəcək."İş cədvəli qüvvədə qalır, amma prezidentə soyuq dəydiyi nəzərə alınıb. Özünüz onun səsini eşidirdiniz. Qışdır da, başa düşürsünüz yəqin" -Peskov deyib.

Lakin bazar günü Peskov sözünü dəyişərək bəyan edib ki, Putin Saratov Hava Yolları təyyarəsinin qəzası ilə bağlı bütün qalan işlərini təxirə salıb. Peskovun sözünü qısa bir müddətdə belə tez dəyişməsi Putinin sağlamlığı haqqında şayiələri daha da qızışdırıb.

Hakimiyyəti xəstə Boris Yeltsindən qəbul edəndən bəri Putin özü haqqında fiziki sağlamlıq imici yaradıb. O, gah köynəksiz at sürür, buzlu suya girir, cüdo və üzgüçülüklə məşğul olur, hətta kosmetik gözəlləşdimə metodlarına əl atır - bir sözlə qocalıqdan immunitetə malik olduğunu nümayiş etdirirdi.

Liderlərini, adətən, qoca və xəstə görən ruslara başçının belə gümrahlığı ləzzət verirdi. Amma indi liderin 65 yaşı var və onun hər dəfə xəstələnməsi bu rəyin dəyişməsinə səbəb olur.

Amma cənab Putinin sağlamlığı bundan əvvəl də geniş müzakirələrə səbəb olub. 2012-ci ilin sonlarında Putin bir neçə xarici səfərlərini ləğv etmiş və ictimaiyyətin nəzərlərindən ümumiyyətlə itmişdi. O vaxt Kreml iddia etmişdi ki, cənab Putin məşq zamanı aldığı zədələri müalicə etdirir. O vaxt buna çox az adam inanmışdı.

Piutin

"Kremlə yaxın mənbələr" "The Independent" qəzetinə deyiblər ki, Putinin dördüncü müddətə prezidentlik üçün kampaniya apara biləcəyinə dair ciddi şübhələr var.

"The Independent" yazır ki, cənab Putinin sağlamlığı əhəmiyyətsiz məsələ deyil. O, hakimiyyətdə qaldıqca öz taleyini bütövlükdə ölkənin taleyi ilə sinonim edib.

Buna görə də onun ifrat şəxsiyyətləşdirilmiş siyasi sisteminin hər hansı keçidə yararlı olacağlına dair şübhələr var.

Hər bir şeyə nəzarət edən lider obrazı mübaliğəli səslənsə də, Putinin Rusiya hökumətində bir-biri ilə az qala müharibə aparan klanları bir arada saxlaya bilən yeganə şəxs olması barədə fikir də həqiqətdir.

Mart ayında Putin növbəti 6 il üçün prezidentlik mandatı alacaq. Lakin bundan sonra nə baş verəcəyini kimsə bilmir.

Erdoğanın şəxsi ordusu var?

Erdoğan

Britaniya mətbuatı İsraildə həbs olunmuş Türkiyə vətəndaşının kimliyinə də diqqət yetirib.

"The Times" yazır ki, Fələstinin silahlı Həmas qruplaşmasına dəstək verən bir Türkiyə vətəndaşı İsraildə həbs olunub.

Əvvəllər hüquqdan dərs demiş Kamil Taklı ölümcül terror aktları törətməkdə şübhəli bilinən Həməs üzvlərinin Türkiyədə yerləşdirilməsinə kömək etməkdə şübhəli bilinir.

Bəzi məlumatlara görə, Taklı Türkiyə hökuməti ilə Həmas qruplaşması arasında "gedib-gələn" rolunu oynayır. İsrailin Şin Bet kəşfiyyat agentliyi Türkiyənin Həmasa hərbi yardım göstərdiyini iddia edir.

Şin Bet bildirir ki, cənab Taklı SADAT adlı özəl hərbi şirkətlə birgə işləyir. Bu şirkət 1990-2000-ci illərdə ordudan dini təmayüllərinə görə qovulmuş zabitlərdən təşkil olunub.

Şirkətin nizamnaməsində deyilir ki, onun məqsədi "İslam ölkələri arasında hərbi və müdafiə sənayeləri əməkdaşlığının yaradılmasıdır".

SADAT inanır ki, "yalnız bu halda İslam dünyası qlobal supergüclər arasında öz layiqli yerini tuta bilər".

SADAT-ın başçısı Adnan Tanrıverdi Erdoğanın yaxın adamlarındandır və 2016-cı ildə baş tutmamış çevriliş cəhdindən bir ay sonra onun müşaviri vəzifəsinə gətirilib.

Türkiyə müxalifəti dəfələrlə iddia edib ki, SADAT cənab Erdoğan tərəfindən onun şəxsi ordusu kimi isitfadə olunur. Bundan başqa bu şirkət Suriyadakı islamçı yaraqlılara təlim verir.

Qarşıdan gələn seçkidə Erdoğana rəqiblik etməyə hazırlaşan millətçi lider Meral Akşener ötən ay iddia edib ki, SADAT Türkiyə ərazisində gizli təlim düşərgələri qurub."The Times" yazır ki, cənab Erdoğan dəfələrlə Fələstinə dəstək bildirməklə və Həmas rəsmilərini qonaqlamaqla Türkiyə və İsrail arasında onilliklər ərzində qurulmuş hərbi əməkdaşlığın üstündən xətt çəkib.

Həmas 2006-cı ildə Qəzzada keçirilən seçkidə qalib gəlib və o zamandan bəri bu əraziyə nəzarət edir, lakin təşkilatın hərbi qolu İsrail vətəndaşlarına qarşı müxtəlif zorakılıqlar törədib. Buna görə də bu qurum İsrail, ABŞ, Britaniya və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınır.

Lakin cənab Erdoğan bildirir ki, Həmas terrorçu təşkilat yox, "öz torpağını işğaldan azad etmək istəyən müqavimət hərəkatıdır".

Türkiyə və İsrail 6 illik qarşıdurmadan sonra 2016-cı ildə aralarındakı diplomatik əlaqələri bərpa edib, lakin ortalıqdakı etimadsızlıq dəyişməyib.

Şin Betin yazılı bəyanatında deyilir ki, Kamil Taklının işi üzrə təhqiqat Həməsin Türkiyə ərazisində geniş hərbi və iqtisadi fəaliyyətinin olduğunu və Türkiyə hökuməti rəsmilərinin buna göz yumduqlarını göstərib".

"The Times" yazır ki, Türkiyədə 2008-ci ildə həbs edilmiş Takli yenidən oraya deportasiya edilib.

Lakin Türkiyədəki bir balıqqulağı şirkəti vasitəsilə Həmas üçün vəsait toplayan iki İsrail vətəndaşı ərəbin məhkəməsi yaxın günlərdə başlanacaq.

hamilə

Bu il doğulan hər üç qızdan biri 100 il yaşayacaq

"The Telegraph" yazır ki, yeni araşdırma Valentin gününün daha çox sayda hamiləliyə səbəb olmasını təsdiqləyib.

Ekspertlər bu qənaətə gəliblər ki, bu həftə uşağa qalmaların sayı bütün qalan il ərzində olduğundan 5 faiz çox olacaq.

2015-ci ilə aid rəqəmlərə görə, Valentin gününün olduğu həftədə 16 min 263 uşağaqalma qeydə alınıb, bundan bir həftə sonra isə bu rəqəm 16 min 344-ə çatıb.

Nəzərə almaq lazımdır ki, Britaniyada orta həftəlik uşağaqalma rəqəmi 15 min 427-dir.Bu o deməkdir ki, fevralın ortası uşağaqalmaların sayına görə il ərzində yalnız Milad günündən geri qalır.

Səhiyyə rəsmiləri bildirirlər ki, bu statistika məhəbbətin doğrudan da mövcud olduğunu göstərir.

Lakin burası da var ki, Valentin günündən iki həftə sonra qadınalrın hamilə olması hallarının sayı həftədə 14 min 465-ə düşür.

Rəsmilər bunu da bildirirlər ki, 2018-ci ildə doğulan körpələr proqnozlara görə indiyədək doğulanlardan daha uzun yaşayacaqlar. Proqnozlara görə, bu il doğulan hər üç qızdan biri 100 yaşı haqlayacaq.








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений