Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Broylerlərdən süfrəmizə gələn BÖYÜK TƏHLÜKƏ



Ölkələrin iqtisadiyyatına böyük ziyan vuran, bəzən isə hətta ölkələri qarşı-qarşıya gətirən salmonella virusu haqqında danışılarkən belə düşünülürdü ki, çubuq formalı bu virus yumurta sarısında və toyuq ətində gizlənərək ciddi infeksiyaya səbəb olur. Buna görə də toyuq ətinə qarşı barışmaz mövqe tutanlar arasında qurmanlarla yanaşı, doktorlar da çoxluq təşkil edirdi. Ancaq indi məlum olub ki, vəziyyət düşündüyümüz kimi deyil, daha da ciddiymiş.

2300-dən çox təhlükədən ancaq biri...

İnsanlarda və heyvanlarda xəstəliyə səbəb olan 2300-dn artıq salmonella tipi var. S. tyhi ve S. paratyhi (A, B, C) ancaq insanlarda tif də daxil olmaqla bəzi xəstəliklərə səbəb olur. Bunlardan başqa salmonella serotipləri non-typhoidal salmonella adlandırılır. Bu stereotiplərdən 200-dən çoxu insan için patogen ola bilir. Salmonella bakteriyaları istiliyə davamsızdır. 55 dərəcədə 20 dəqiqəyə məhv olurlar. Həmçinin quruluğa dayanıqsızdırlar. Günəş işığından uzaq nəmli ortamlarda, lağım sularında, quyu sularında və torpaqda uzun müddət yaşaya bilirlər. Soyuğa çox dayanıqlı, antiseptiklərə qarşı da həssasdırlar. Normal konsantrasda xlor sulardakı salmonellaları öldürür. Ancaq nəcis və ya təbii maddələr arasındakı salmonellalara bu maddələrin təsiri azdır. 

Ət, göyərti, meyvə də təhlükəlidir

Salmonella ilə bağlı son zamanlar aparılan araşdırmalar daha ciddi təhlükələri ortaya qoyur. “ Popular Science” jurnalı yazır ki, sözügedən virusla zəhərlənmə təkcə toyuq əti və toyuq məhsullarından olmur. Başqa ərzaqlarda da salmonella virusuna rast gəlmək mümkündür. Bu isə insan səhhəti üçün təhlükələrin siyahısını daha da genişləndirir. Araşdırmalar göstərir ki, mal ətindən, donuz ətindən, ev toyuqlarından da xəstələnmək mümkündür. Bu məhsullardan xəstələnmə 20 faizə yaxın təşkil edir. 

Qida mənşəli xəstəliklər arasında salmonella ilə yoluxanlara daha çox rast gəlinir. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin əməkdaşları salmonella ilə yoluxmaya dair 120 320 hadisəni öyrənib. 1998-2008-ci illər ərzində aparılan araşdırma göstərib ki, bitki mənşəli qidaları siyahıdan yerli-dibli çıxarmaq doğru deyil. Yəni, salmonella heç güman etmədiyiniz bitkilərdə də ola bilər. Belə ki, yoluxmaların 35,2 faizi məhz göyərti, taxıllı bitkilər, meyvələrlə baş verib. Ancaq 21,9 faiz hadisədə birbaşa ət məhsulları “günahkar” olub. 19,8 faiz hadisədə yumurta və süd məhsulları, 6,2 faizdə balıq məhsulları rol oynayıb. Mütəxəssislər bildirir ki, müxtəlif qida məhsullarında eyni adlı, ancaq xaraktercə bir-birindən fərqli olan bakteriyalar var. Həkimlər bildirir ki, salmonellanın bəzi növləti “uçan”xarakter daşıyır və məhz onlar quşlarda təsadüf edilir. Ancaq göyərtidən, tərəvəzdən yoluxma halları daha yüksək olur. Ancaq bu halda yoluxma insan üçün az təhlükəlidir, antibiotiklə mübarizə nəticəsində səhhətinizi bərpa edə bilərsiniz. 

Beləliklə də quş əti və yumurta ilə bağlı narahatlığa əsas var. Ancaq bu, o demək deyil ki, digər məhsullar tamamilə təhlükəsizdir. Mütəxəssislər ümumiyyətlə, ət seçimində xüsusilə, diqqətli olmağa çağırır.Ətin alaçiy bişirərək yeyilməsi təhlükəni böyük ölçüdə artırır. Temperatur ətdəki bir çox bakteriyaları-Salmonella, E. coli, Staphylococcus və Clostridium-u məhv etmək qabiliyyətinə malikdir. Göyərtiyə gəlincə isə, onu yumadan yemək təhlükə mənbəyidir. Ancaq indi evlərə xidmətin artdığını nəzərə alsaq təhlükədən sığortalanmaq o qədər də asan deyil. Təsəvvür edin ki, evinizə salat sifariş verirsiniz və bu zaman əsas məsuliyyət istehsalçının üzərinə dşür. Təmizlənməmiş tərəvəz və ya göyərtidən isitfadə orqanizm üçün ziyanlı ola bilər. 

Tif xəstəliyinin yaradıcısı

Tibbə salmonellaların bir çox növü məlumdur. Onlar bağırsaq infeksiyalarından tutmuş, tif xəstəliyinə qədər patologiyaların əmələ gəlməsinə səbəb ola bilirlər. Salmonellaların hər növü mədə-bağırsaq narahatçılığına, temperaturun yüksəlməsinə, spesifik infeksiyaların əmələ gəlməsinə səbəb olur. Salmonella infeksiyası orqanizmə əsasən aşağıdakı yollarla düşür:

- ətdən

- ev quşlarından

- yumurtadan
- süddən
- pendirdən.

Salmonella ilə baş verən bağırsaq infeksiyası xəstəlikləri bütün dünya ölkələrinin həkimlərini daima düşündürür. Belə ki, infeksiyanın əmələ gətirdiyi patoloji əlamətlər çox ciddi olur. Bu əlamətlərə aşağıdakılar aiddir:
- ürəkbulanma
- qarında ağrılar
- ishal
- yüksək temperatur
- qusma.

Temperaturun yüksəlməsi salmonella infeksiyası qana keçdikdə baş verir.Bəzən salmonella infeksiyası bağırsaqda deyil, digər orqanlarda da patologiya törədə bilir. Məsələn, bakteriyalar ürək klapanlarına, onurğa beyin maddəsinə, ağciyərlərə, sidik yollarına, əzələ və digər orqanlara daxil ola bilir. Hətta onkoloji xəstələrdə salmonella bakteriyası şiş toxumasına daxil olur və onun infeksiyalaşmasına səbəb ola bilir.

Bəzi insanlar vardır ki, onlar salmonella daşıyıcısıdırlar, amma bakteriya onlarda heç bir əlamət vermir.Təsadüfi yoxlama nəticəsində onların salmonella daşıyıcıları olduğu meydana çıxır.

Salmonellanın orqanizmdə olmasını qanın və nəcisin analizləri vasitəsi ilə təyin etmək olur.

Bakteriyaların orqanizmdə əmələ gətirdiyi patologiyaların müalicəsində antibiotiklərdən istifadə edilir.Əgər bakteriyalar irinli abseslərin əmələ gəlməsinə səbəb olubsa, bu zaman cərrahi müdaxiləyə ehtiyac duyulur.Cərrahi müdaxilədən sonra isə xəstəyə antibiotik təyin edilir.

Salmonella bakteriyalarına yoluxmanın müxtəlif yolları olsa da, ən çox rastlanan yol toyuq yumurtalarıdır.İnfeksiya daşıyıcısı yumurtanın özü deyil, yumurtlayan toyuqdur.Quşçuluq təsərrüfatlarında quşların saxlanma şərtlərinə sonadək əməl edilməməsi, keyfiyyətsiz yem bu xəstəliyin geniş yayılmasına səbəb olur.Bakteriyalar yumurtanın qabığında olur, xüsusilə də onun üzərində toyuq peyininin izləri varsa, təhlükə yaxınlaşır.Belə yumurtanın qabığı ilə təmas yoluxmaya səbəb olur. Yumurtada olduğu kimi, toyuğun da ətində salmonella ola bilir. Toyuq ətinin suda 100 dərəcə temperaturda qaynadaraq bişirmək təhlükəni sizdən uzaqlaşdırar.

Amerikada yumurtanı yuyub satırlar

Dünyanın əksər ölkələrində salmonella ilə mübarizəyə külli mqidarda vəsait və texniki qüvvə cəlb edilir.

Amerika problemi 1970-ci illərdən həll etməyə başlaıyb.Həmin dövrdən etibarən quşçuluq müəssisələrində yumurtalar yuyulur və xüsusi emal prosesindən keçir.Beləliklə, virus zərərsizləşdirilir.Ancaq bu, digər təhlükələri də özüylə bərabər gətirir.Çünki emal prosesində yumurtanın üstündəki qabıq zədələnir və beləliklə, digər viruslarla təmasa “qapı açılır”.Mütəxəssislər salmonella ilə “qarşılaşmamaq” üçün bir sıra tövsiyələr verirlər ki, bunlara riayət etməklə bu təhlükədən qurtulmaq mümkündür.

Evlər broylerdən etibarlıdır

Məsələn, broyler yumurtalarına yox, ev təsərrüfatlarının məhsullarına maraq göstərin. Təmiz yumurtaların daha az təhlükəli olduğunu unutmayın. Yumurtanı soyuducuda xüsusi rəfdə saxlayın və digər məhsullarla təmas etməməsinə diqqət yetirin.Yumurta saxlanan qabları tez-tez yuyucu vasitələrlə təmizləyin.Yumurtanı istifadədən əvvəl isti suda yuyun.Yumurta qabıqlarının mətbəxdə digər ərzaqlarla təmasına imkan yaratmayın.Yumurta ilə təmasdan sonra əllərinizi 60 saniyə sabunlayın.

Sevil Ağazadə

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений